elnurastanbeyli@gmail.com
(Şərhsiz)
Fəzail Ağamalı: “…Bəzi adamlar elə düşünürlər ki, Rövşən Lənkəranski qəddardır, başkəsəndirlər. Amma o elə insan deyil. Rövşən haqsızlığa yol verməyən bir insandır. Onun haqqında söylədiyim fikirlərin hamısını çox ciddi demişəm… Istəyirəm ki, hər həs Rövşən Lənkəranskinin kifayət qədər hörmətə, rəğbətə layiq olduğunu bir daha görsün. Hər bir Azərbaycan övladı Rövşənə hörmət etməlidir” (mart, 2015).
Yaqub Mahmudov: “Azərbaycanda ölüm hökmü bərpa olunmalıdər, anti-milli qüvvvələrə qarşı tətbiq edilməlidir” (sentyabr, 2014).
Hacı Qalib Salahzadə: “Mən 26 dəfə Həcc ziyarətində olmuşam. 90-cı ildən Həccə gedirəm. Hər il Həcc ziyarətində olmuşam. Allahın qisməti olsa, bu il də gedəcəyəm” (mart, 2015).
Valeh Ələsgərov: “Ucqar kəndlərin qazlaşdırılması baha başa gəlir. Ona görə də əhalinin öz evlərində qaz əvəzinə təzək yandırması məsləhətdir. Kəndlərimizdə peyin nə qədərdir, bunu bilirsiniz. Gəlin oturaq bunu müzakirə edək. Yoxsa hər kəndə qaz çəkməyə ölkənin pulu çatmaz” (aprel, 2014).
Etibar Hüseynobv: “Bakıda ötən əsrin 60-70-ci illərində şəhər mədəniyyəti indikindən üstün idi və bu mədəniyyətin qaymağını ermənilər, ruslar, yəhudilər təşkil edirdilər. Indi Bakının şəhər mədəniyyətində boşluğun, problemlərin yaranmasının kökündə radio, televiziya olmayan mühitdən çıxmış, etikaya, müasirliyə aidiyyəti olmayan, öz yaxınlarını itirib psixi gərginlik içində şəhərə axışan ac-yalavac məcburi köçkünlər və qaçqınlar dayanır? (aprel, 2015).
Hadı Rəcəbli: “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?” (mart, 2015).
Hacı Madər Musayev: “…Hər bir insan həyatında hansısa işlə məşğul olmalıdır. Kim deyir ki, işindən bezib, yaxud yorulub? Elə jurnalist var ki, 60-70 yaşı var. Bəyəm onlar öz işlərindən yorulurlar? Mən sizə deyim, deputat olmaqdan ”kayf” alıram…” (sentyabr, 2015).
Cavanşir Paşazadə: “Cənab prezident Ilham Əliyevi Heydər Əliyevin oğlu kimi tanıyırlar. Atanı oğulla tanıyırlar, oğulu atayla. Əgər bu gün cənab prezidenti Heydər Əliyevin oğlu kimi bilirlərsə, görün Heydər Əliyev nə boyda bir nəhəng olub ki, ondan sonrakı nəhəngi onun oğlu kimi qəbul edirlər” (may, 2015).
Hüseynbala Mirələmov (“Sərhədsiz Reportyorlar” təşkilatının üzvlərini nəzərdə tutaraq): “O alçaqları lənətləyirəm, pisləyirəm. Onlar Azərbaycanı sevməyən adamlardır. Onların qəlbində başqa ambisiyalar var. Mən o adamlara da məsləhət görürəm ki, aktyorluq etməsinlər. Siyasət meydanında aktyorluq etmək olmaz. Əgər onlar aktyor olmaq istəyirsə, o zaman gəlsinlər bizim Akademik Milli Dram Teatrına. Çünki Dram Deatrı qəzetdə elan verib ki, professional aktyor axtarırlar. Onlar da gəlib burada sınaqdan keçsinlər. Yoxsa ki, siyasi səhnədə aktyorluq yaramır” (iyun, 2015).
Oqtay Əsədov (deputatlara xitabən): “Xoşunuz gəlir hər məsələni qurdalamaqdan?!” (noyabr, 2013).
Siyavuş Novruzov: “Avropalılar tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğunu gəlib Azərbaycandan öyrənsinlər” (sentyabr, 2015).
Əsabil Qasımov: “Mən öz işlərimlə məşğulam, məktəb tikirəm, imkansızlara köməklik edirəm. Vətənimizin çiçəklənməsi, xalqımızın rifahı ilə məşğulam…” Eyni müsahibədən: “Biznesimin olması barədə deyilənlər yalandır. Heç bir toyuq hinim də yoxdur!” (may, 2015).
(Davam edəcək…)