ABŞ Rusiyanın Suriya əməliyyatını Cənubi Kiprdən izləyir

abs-gemiAmerika Birləşmiş Ştatlarının  “USS Donald Cook-DDG 75” adlı gəmisinin çərşənbə axşamından Kıbrısın “Larnaka” limanında lövbər saldığı bildirilir.
Gəminin kapitanı Carls E. Hampton “Navaltoday” adlı web portala açıqlamasında, səfəri ABŞ-la Cənubi Kipr arasındakı yaxşı münasibətlərlə əlaqələndirib.

Lakin bəzi Cənubi Kipr səlahiyyətliləri  gəminin Rusiyanın Suriyadakı fəaliyyətini təqib məqsədi ilə bölgəyə gəldiyini və kəşfiyyat işləri apardığını bildiriblər.

 

azadliq.info