Heydər Əliyevin qızının səfərinin arxasında nə dayanır?
Heydər Əliyevin qızı Sevil Əliyevanın Bakıya gəlməsi barədə məlumat almışıq. Xəbərə görə, onun gəlişi bir neçə gün əvvələ təsadüf edib. Lakin Sevil Əliyevanın hansı səbəbdən Bakıya təşrif buyurmasının səbəbi bəlli deyil.
Sevil Əliyeva uzun müddətdir ki, Londonda yaşayır. Onun ölkə rəhbəri olan qardaşı Ilham Əliyevlə münasibətləri o qədər də yaxşı deyil. Elə bu səbəbdəndir ki, Sevil Əliyeva Azərbaycana çox nadir hallarda gəlir. Və hər gəlişinin arxasında ciddi səbəblər dayanır. Sevil Əliyevanın bu dəfəki gəlişinin də sıradan səfər olması inandırıcı görünmür.
“Yeni Müsavat” qəzetinin keçmiş deputat Rza Ibadovla bağlı yaydığı məlumatla bu səfərin arasında əlaqə ola bilər. Həmin məlumatda bildirilir ki, iki gün əvvəl deputat Iqbal Ağazadə kiməsə 28 manat borcu olması və buna görə axtarışa verilməsi iddiası ilə polisə çağırılıb. Lakin sonradan aydın olub ki, axtarışa verilən Iqbal Ağazadə yox, keçmiş deputat Rza Ibadovmuş.
Rza Ibadov da hazırda Londonda yaşayır. Keçmiş deputat Azərbaycan hakimiyyəti üçün arzuolunmaz şəxs hesab edilir. Bu üzdən o, ölkəni tərk etmək məcburiyyətində qalıb.
Keçmiş deputat hələ 2011-ci ilin əvvəllərindən axtarışa verilib. O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bir neçə il əvvəl Rza Ibadovla bağlı məhkəməyə müraciət olunub. Məhkəməyə gəlməkdən boyun qaçırdığı üçün onun barəsində axtarış elan edilib. Amma maraqlıdır ki, hazırda onun 28 manat borca görə də axtarışa verildiyi ortaya çıxıb.
Sevil Əliyeva isə keçmiş deputata həmişə etimad göstərib. Ola bilsin ki, Heydər Əliyevin qızı Rza Ibadovla bağlı yaranmış problemi həll etmək üçün Bakıya gəlib.
Informasiya şöbəsi