Türkiyənin vurduğu pilotsuz təyyarə Rusiya istehsalıdır

PilotsuzTürkiyə Silahlı Qüvvələrinin bu gün səhər düşürdüyü pilotsuz təyyarənin hansı ölkəyə aid olması aydınlaşır. Hələlik təyyarənin Rusiya istehsalı olan Orlan-10 olduğu dəqiqləşib. Hazırda pilotsuz təyyarənin Suriya və ya Rusiya tərəfindən idarə olunması istiqamətində araşdırma aparılır.

Rus istehsalı olan Orlan-10, ilk dəfə 2014-ci ildə Ukrayna sərhəddində vurulduqdan sonra dünyanın diqqətini cəlb etmişdi. Bu təyyarə 2011-ci ildən istehsal olunmağa başlayıb. 15 kiloqram ağırlığı olan bu pilotsuz təyyarə, 6 kiloqrama qədər yük daşımaq qabiliyyətinə malikdir. 60-70 km məsafəyə məlumat ötürmək qabiliyyətində olan təyyarə, paraşüt vasitəsilə eniş edir. Təyyarənin maksimum havada qalma müddəti 16 saatdır.

 

azadliq.info