Anar Məmmədxanovun ata evini taladılar

Hadisəni törədən ailəvi tanış həbs olunub

 

Bakıda oğurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, R.Behbudov küçəsində yaşayan Səidə İbrahimovanın mənzilindən açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlanıb. Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron sakini Qalina Babayeva oktyabrın 21-də tutulub.

 

Lent.az-ın əldə etdiyi digər məlumata görə, Q.Babayevanın taladığı ev mərhum millət vəkili, ictimai xadim Anar Məmmədxanovun atası Camal İslamov və anası Səidə İbrahimovanın yaşadığı mənzildir. Məlumata görə, Q.Babayeva ailəyə yaxın olub və evə gedib-gəlirmiş. O, mənzilin açarının sürətini çıxarıb və evdə kimsə olmayan zaman qızıl-zinət əşyalarını götürərək qaçıb. Qadının apardığı qiymətli əşyaların ümumi dəyəri açıqlanmır.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.