3 vertolyot, 1 ton narkotik ələ keçirildi

herbi-vertolyotİspan təhlükəsizlik qüvvələri vertolyotla bu ölkəyə narkotik daşıyan iki şəbəkəyə qarşı əməliyyat təşkil edib.
“Bombardeo” adı verilən əməliyyatda, 2,5 milyon avro dəyərində 3 vertolyot və təxminən 1 ton narkotik ələ keçirilib.
Malaqa, Cadiz, Toledo və Madrid şəhərlərində 5 müxtəlif məkanda həyata keçirilən əməliyyatda, 15 nəfər həbs edilib. Bunlardan 6-sı İspan, 7-si Fransız, ikisinin isə Mərakeş vətəndaşı olduğu bildirilir.

 

azadliq.info