Türkiyə PKK-nı məhv edir

Qırıcılar terrorçuların hava hücumundan müdafiə sistemlərini hədəf alıb; tanklar da İraqa girməyə hazırlaşır

PKK-nın 26 türk əsgərini şəhid etməsindən sonra Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və İraqın şımalında terrorçulara qarşı başlatdığı quru və hava əməliyyatları davam edir. 22 taborla 5 ayrı istiqamətdən hücuma keçən türk ordusu İraqın içərisinə doğru irəliləyib. Türkiyə mətbuatının verdiyi məlumata görə, qırıcı təyyarələr və döyüş vertolyotları PKK terrorçularının hava hücumundan müdafiə sistemlərinə zərbə endirir, strateji bölgələrə xüsusi təyinatlılar endirilib.

Əməliyyatın ilk günü 4 bölgədə əsgərlərlə terrorçular aradında şiddətli döyüşlər gedib. Türkiyə-İraq sərhədində cəmləşdirilən tanklar da hər an İraq torpaqlarına daxil olmaq üçün gözləyir. Məlumatlarda bildirilir ki, tank bölükləri hücuma hazır vəziyyətə gətirilib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə açqılama verərək hərbi əməliyyatların konkret nəticələr əldə olunmasına hesablanıb. Buna görə də, Silahlı Qüvvələr həm havada, həm də qurula əməliyyatlarını davam etdirəcək.