ABŞ Müdafiə Nazirliyi Suriyanın şimalında məskunlaşan qüvvələrə silah təminatı ətrafında yaranan qalmaqala münasibət bildirib. Pentaqon hərbi vəsaitin PKK-nın Suriya qanadı olan YPG-yə yox, ərəb əsilli müxaliflərə verdiyini bəyan edib: “Çox diqqətli bir proqram üzərində işləyirik. Hələlik müxalifləri az miqdarda silahla təmin etmişik və bunun İŞİD-ə qarşı istifadə olunub-olunmadığını diqqətlə izləyirik. Əgər gözləntilərimiz doğrulmazsa, daha bizdən bir şey ala ala bilməyəcəklər. Lakin İŞİD-ə qarşı ciddi nəticələr əldə etsələr, silah təminatları artırılacaq və hava hücumunda da onlara ciddi dəstək verəcəyik.
Xatırladaq ki, iki gün öncə Pentaqonun PKK-nın Suriya qanadı olan YPG-ni silahla təmin etdiyi haqda informasiyalar yayılmışdı. Buna Türkiyənin baş naziri Davudoğlu və digər rəsmi şəxslər də ciddi reaksiya vermişdilər.
azadliq.info