Lənkəranda yaşayan tanınmış şair Tofiq Həsənli ötən gün axşam saat 21 radələrində Bakının Qala kəndində naməlum şəxslər tərəfindən oğurlanıb. Onun hara aparıldığı bəlli deyil.
Tofiq Həsənlinin dostları “Facebook”da şairin anasının video müraciətini yayıblar. Müraciətdə bildirilir ki, şairi yazığı satirik şeirlərə görə oğurlayıblar (arqument.az).