Yüzlərlə adamı aldatmaqda təqsirləndirilən “Birlik Inşaat” şirkətinin sahiblərindən biri Elman Tağıyevin saxlanılması barədə xəbər yayılıb. Onun dindirilməyə aparıldığı yoxsa həbs edildiyi barədə dəqiq məlumat əldə edə bilməmişik.
Qeyd edək ki,bir neçə gün əvvəl Baş Prokurorluq “Birlik Inşaat” şirkətinə qarşı cinayət işi açılması barədə xəbər yaymışdı. Səbəb Elman və Tağıyev qardaşlarının yüzlərlə vətəndaşı aldatmasıyla bağlıdır. Onu da qeyd edək ki, Elman Tağıyev Kürdəmir Rayon Polis Idarəsinin rəis müavini Aqil Tağıyevin qardaşıdır. Sözü keçən dələduzluq işində onun digər qardaşları və başqa vəzifəli şəxslərin də adı hallanır.