“Avro-2016”nın seçmə mərhələsində 9-cu turun oyunları keçirilib. A qrupunda Türkiyə millisi səfərdə Çexiyanın qonağı olub. Meydan sahibləri Türkiyə yığmasına məğlub olublar. Qonaqlar Çexiyanın qapısından 2 cavabsız top keçiriblər.
Qolları 61-ci dəqiqədə penaltidən Səlcuq İnan, 82-ci dəqiqədə isə Çalhanoğlu vurub.