Azərbaycan-Iran sərhədində silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə oktyabrın 19-u axşam saatlarında Azərbaycan-Iran sərhədinin Biləsuvar rayonu ərazisində qeydə alınıb.
“Irandan Azərbaycana qanunsuz keçmək istəyən bir nəfər Azərbaycan sərhədçiləri tərəfindən zərərsizləşdirilib. Həmin şəxsin kimliyi məlum deyil”, – deyə məlumatda bildirilir. Sərhəddəki insidentlə bağlı “MilAz”ın yaydığı məlumatda isə qeyd olunub ki, zərərsizləşdirilmiş şəxs Iranın sərhəd qurumunun hərbi qulluqçusudur. Bir qrup Iran hərbçisi Azərbaycan sərhədini pozmağa cəhd edib ki, Azərbaycan tərəfi bunun qarşısını alıb. Bir nəfər isə əmrə tabe olmadığından, onu zərərsizləşdirmək zərurəti ortaya çıxıb.