Sarkozi İrana qarşı şiddət təklif etdi

“Qərb İrana qarşı təzyiqləri şiddətləndirməlidir”

Fransa prezidenti Nikola Sarkozi Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə terror planından və olaya görə ittiham olunan İrandan danışıb. Nikola Sarkozi bildirib ki, Tehranın terror planında əlinin olmasına dair ABŞ-ın əldə etdiyi məlumatlar mükəmməl və dəqiqdir.

Sarkozi İrana qarşı sərt addımların atılmasının zamanı gəldiyini söyləyib. O, rəsmi Tehrana yönəlik şiddətli tədbirlər görülməsinin tərəfdarı olduğunu bildirib:“Qərb İrana qarşı təzyiqləri şiddətləndirməlidir. Amerikalıların təfərrüatı ilə göstərdiyi sənədlər tam mükəmməl, dəqiq və kifayət qədərdir. İran rəhbərlərinin tutub getdiyi bu yol çox təhlükəlidir. İranın öz qonşuları ilə rəftarını, onun nüvə fəaliyyətinin istiqamətini nəzərə alaraq Qərb İrana qarşı sanksiyaları gücləndirməlidir”.

Xatırladaq ki, ABŞ rəsmiləri oktyabrın 11-də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının Səudiyyə Ərəbistanı və İsrailin Vaşinqtondakı səfirliklərinə hücum planını və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Adil əl-Cəbiri qətlə yetirmək cəhdini zərərsizləşdirdiyini açıqlayıb. Bildirilir ki, terror əməliyyatına “Qüds” üzvü olan iki İran vətəndaşı rəhbərlik edib. Bunlardan biri hazırda tutulub həbsdə saxlanan Mənsur Ərbab Siyar (o həm də ABŞ vətəndaşıdır), digəri isə İrana qaçan Qulam Şəkuridir.