Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Schaefer, böyük güclərin Suriyada qarşı-qarşıya gələ biləcəyi xəbərdarlığını edib. O, hazırda Suriyada yaşananların çox təhlükəli xarakter aldığını, ABŞ, Fransa, Rusiya və Körfəz ölkələrinin üz-üzə durduğunu bildirib:
“Kiçik bir qəza, kiçik bir yanlış hazırkı vəziyyəti tamamilə dəyişə bilər”,- deyə Almaniya rəsmisi bildirib. O, vəziyyətin son dərəcə gərginliyinə, Türkiyə hava məkanının dəfələrlə pozulması faktını nümunə kimi göstərib. Xarici İşlər Nazirliyinin spikeri, bütün tərəfləri bu cür risklərdən çəkinməyə çağırıb.
azadliq.info