Ərdoğan liftdə qaldı

Türkiyə prezidenti Ərdoğan Avropa Parlamentinin prezidenti ilə birlikdə liftdə qalıb. Məlumata görə, rəsmilər görüşdən sonra mindikləri lift uzun müddət işləməyib. Liftdə liderlərlərlə yanaşı onların köməkçiləri və mühafizəçiləri də olub.

Ərdoğanın “biri insin ya” xəbərdarlığından sonra mühafizəçilərdən biri lifti tərk etsə də, lift yenə də işə düşməyib. Yalnız mühafizəçilərin bir neçə dəqiqəlik səylərindən sonra liftin işləməsi təmin olunub.

Xatırladaq ki, liftdə 9 nəfər olub.

 

 

azadliq.info