Gələn il Azərbaycanın paytaxtı Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində qonşu Türkiyəni təmsil edəcək müğənninin adı bəllidir.
“Milliyət” qəzetinin yazarlarından olan Tolga Akyıldız bu il Türkiyəni “Avrovizion”da təmsil edəcək müğənninin adını açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, yazar keçən il də belə bir xəbər eşitdiyini ancaq inanmadığını deyib. Akyıldız bu il mahnı müsabiqəsində Türkiyəni Atiyenin təmsil edəcəyinin dəqiqləşdiyini bildirib. Yazar bu seçimə Atiye Denizin atasının xüsusi əlaqələrinin təsir etdiyini iddia edib: “Atiye Deniz çoxdan “Avrovizion”a getməyə layiqdir. Uğurlu çıxış edəcəyinə inanıram”.
Türkiyənin “Eurovision-2012” təmsilçisi bəlli oldu
•