Aydın Mirzəzadə: «Mən elə deməmişəm»
Dünən redaksiyamızla əlaqə saxlayan YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzazadə qəzetimizin dünənki sayında onun dilindən fikirlərin oxucuya düzgün çatdırılmadığını söylədi.
Qeyd edək ki, “Bizim yol” qəzetinə müsahibəsində A.Mirzəzadə Avropa Birliyinin xarici siyasət komissarı Ketrin Eşton, ABŞ Dövlət Departamenti, Avropa Şurasının baş katibinin Azərbaycanla bağlı bəyanatlarına münasibət bildirərkən bu fikri ifadə edib: “Avropa Birliyi beynəlxalq deyil, regional təşkilatdır. Həm də Azərbaycan onun üzvü deyil. Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların Azərbaycana qarşı iradı bildirilməyib. Əgər Azərbaycan digər ölkələrin nümayəndəsinin tövsiyəsi və ya təkidləri ilə işləyəcəksə, onda müstəqil dövlət olmağa dəyərmi?”.
Qəzetimizin dünənki sayında A.Mirzazadənin bu fikirlərini əsas götürərək işlədiyimiz mövzunun başlığı “deputata görə, Azərbaycan beynəlxalq öhdəlikləri icra etməyə məcbur deyil” gedib. Redaksiyamıza zəngi zamanı A.Mirzəzadə bu fikrin ona məxsus olmadığını söyləyib.
Hikmət


