ANS 54 min manat cərimələndi; kanalın daha bir verilişi bağlandı

ans

Oktyabrın 5-də Milli Televiziya Radio Şurasının növbəti iclası keçirilib. İclasda ANS televiziyası tərəfindənTeleviziya radio yayımı haqqındaqanunun pozulmasıyla əlaqədar inzibati icraata inzibati xətalara dair üzrə icraata baxılıb.

Şuranın bu barədə yaydığı məlumatda bildirilir ki, ANSin efirində yayımlanan müxtəlif verilişlər (“Sən tək deyilsən“, “Xoşqədəmlə axtarıram səni“, “Salam, Azərbaycan“, “Şokolad“) zamanı sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulmasıyla əlaqədar şirkət ümumilikdə 54 min manat cərimələnib. Pozuntular iki dəfəSən tək deyilsən“, bir dəfəXoşqədəmlə axtarıram səni“, dörd dəfəSalam, Azərbaycan“, iki dəfəŞokoladverilişlərində qeydə alınıb. Bu pozuntuların hər birinə görə şirkətə 6000 manat cərimə kəsilib.

Bundan başqa, Teleradio ŞurasıSalam, Azərbaycanın yayımının 10 gün dayandırılmasına qərar verib.

ANS-də yayımlananSalam, Azərbaycanproqramında şəxslərin Konstitusiya ilə müəyyənləşdirilmiş hüquq azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraqproqramın yayımının 6 oktyabr 2015-ci ildən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edilib. Eyni zamanda, “Salam, Azərbaycanın efir vaxtında mədənimaarifçilik, intellektual xarakterli proqramların yayımının ANS tərəfindən təmin edilməsi, tətbiq edilmiş məsuliyyət tədbirinin məzmununa dair məlumatın yayımlanmasına da qərar verilib“, – deyə Teleradio Şurasının məlumatında bildirilir.

Aytən