Ankara və müttəfiqlərindən Rusiyaya xəbərdarlıq

turkey-natoABŞ, İngiltərə və NATO-dan Türkiyəya ciddi dəstək

Türkiyənin baş naziri Əhməd Davidoğlu Rusiya hərbi təyyarələrinin Türkiyə hava məkanını pozmasına münasibət bildirib.

Uçan quş belə olsa Türkiyə sərhədlərini pozmağa cəhd edərsə, bütün lazımi tədbirlər görüləcək. Mövqeyimiz çox açıqdır. Kim sərhədlərimizi pozmağa cəhd edərsə, əvvəlcə dostcasına xəbərdar edərik. Rusiya bizim dostumuzdur. Bu vaxta qədər də aramızda heç bir xoşagəlməz hadisə yaşanmayıb. Suriya çox ağır döyüş içindədir. Bizimlə həmsərhəd və təhlükəsizliyimizə təsir göstərə bilən ölkədir. Heç bir dövlətin marağı Türkiyənin marağından üstün deyil. Bunu hər kəs bilsin. Rusiyaya lazımi diplomatik mesajlarımızı çatdırmışıq. Xarici İşlər Nazirliyimiz bu hadisənin bir daha təkrarlanmaması barədə xəbərdarlıq etdi. Rusiya tərəfi də əlaqə saxlayaraq bu hadisənin səhvən olduğunu və təkrarlanmayacağını bildirib”, – deyə Davudoğlu bildirib.

Baş nazir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri hava sərhədlərinin müdafiəsi üçün lazımi təlimatları alıb.

Baş verənlərə ABŞ, İngiltərə və NATO-dan da reaksiyalar gəlib. ABŞ-ın müdafiə naziri Eşton Karter Madriddə mətbuat konfransında bildirib ki, hadisə ilə bağlı Türkiyə rəsmilərilə danışıblar.

Adının çəkilməsini istəməyən bir Pentaqon rəsmisi isə Frans Press agentliyinə deyib ki, Rusiya təyyarələrinin Türkiyə hava məkanını yanlışlıqla pozduğuna inanmırlar.

İngiltərənin xarici işlər naziri Filip Hammod isə Rusiyaya çağırış edib: “Rusiyanın Türkiyənin hava məkanını pozması hazırda onsuz da riskli olan durumu daha da pisləşdirir. Rusiyanı bundan imtina etməyə çağırıram”.

Rusiyanın Türkiyə hava məkanını pozması narahatlıq doğuran hadisədir. Birləşmiş Krallıq və NATO-dakı başqa müttəfiqləri bu məsələdə Türkiyə ilə çiyin-çiyinədir”. Bunu isə İngiltərənin Türkiyədəki səfiri Riçard Mur tvitter səhifəsində yazıb.

Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu NATO-nun baş katibi Cens Stoltenberqlə baş verənləri müzakirə edib. NATO-nun baş katibi Rusiya tərəfin hərəkətini qəbuledilməz adlandırıb və deyib ki, yaranmış vəziyyəti müzakirə etmək üçün təşklitaın Şimali Atlantik Şurasının toplantısını çağırıb. Stoltenberq Türkiyənin təhlükəsizliyini təmin etmək məsələsində NATO-nun qəti mövqe tutduğunu vurğulayıb və bəyan edib ki, Rusiyanın hərəkətləri bölgənin təhlükəsizliyi və sabitliyinə tövhə vermir.

azadliq.info