Qırğızıstanda da demokratik parlament seçkiləri keçirildi

qirgiz-seckiQırğızıstanda ilk dəfə olaraq “biometrik” parlament seçkiləri keçirilib. Yeni kompüter sisteminin sayəsində məntəqələr bağlanandan təxminən bir saat sonra bülletenlərin 99%-nin nəticələri açıqlanıb. Seçki məntəqələri bağlananda 45 dəqiqə sonra 6 partiyanın parlamentə düşdüyü məlum oldu.

Prezident seçilənə qədər Almazbek Atambayevin rəhbərlik etdiyi Sosial-Demokrat Partiyası 27,08% səslə öndədir. Həmçinin parlamentdə müxalifət partiyaları da təmsil olunacaq.

Qırğızıstanın tarixində ilk dəfə olaraq əhalinin biometrik məlumatları əsasında tərtib edilən siyahı ilə seçki keçirilib. Baş nazir Temir Sarıyev seçkiləri “presedentsiz” adlandırıb.

Fizzə