merkezibank

Mərkəzi Bank xalqa yenə vəd verir

merkezibankGörəsən, bu dəfə əhalini aldatmayacaqlar?

Mərkəzi Bankın sədr müavini Xaqani Abdullayev Azərbaycanda valyutaya tələbatın stabilləşdiyini, bu il və gələn il məzənnədə kəskin dəyişikliyə zərurət görmədiklərini bildirib. Bank təmsilçisinin sözlərinə görə, ciddi dollarlaşmaya zərurət yoxdur.

Xaqani Abdullayev bildirib ki, avqust ayında qonşu ölkələrdə devalvasiyaların psixoloji təsirilə əlaqədar müəyyən təzyiqlər olub: “Həmin müddətdə müəyyən dollarlaşma getsə də, sentyabr ayının ortalarından etibarən artıq valyutada stabillik yaranıb. Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard manatdan bir qədər artıqdır.ÿCiddi dollarlaşmaya zərurət yoxdur. Biz Mərkəzi Bankın valyuta ehtiyatlarının təhlükəsiz saxlanılmasını əsas götürürk. Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ciddi narahatlıq doğurmamalıdır. Çünki Mərkəzi Bank makroiqtisadi sabitliyə əsasən manatın məzənnəsi vasitəsilə nail olur”.

Hələ keçən ilin sonlarında iqtisadçılar manatın dollar qarşısında dəyər itirəcəyilə bağlı həyəcan təbili çalır və prosesin ilin əvvəlində baş verəcəyini proqnozlaşdırırdılar. Lakin rəsmi orqanlar o vaxt da təkidlə etiraz edərək,  manatın məzənnəsinin sabit qalacağını, milli valyutanın dəyərdən düşməyəcəyini iddia edirdilər. Amma çox keçmədi ki, əks proses baş verdi və 2015-ci ilin fevralındakı devalvasiya ilə bu iddialara son qoyuldu.

Indi də ölkənin baş bankının sədr müavini vəziyyətin sabit qalacağını, bu il və gələn il manatın məzənnəsində kəskin dəyişiklik olmayacağını vəd edir. Amma yerli və beynəlxalq  ekspertlər manatın yeni devalvasiyasını labüd sayırlar. Təxminən ilin əvvəlində baş verən proseslər təkrarlanır. O vaxt da Mərkəzi Bankın sədri Elman Rüstəmov nikbin danışırdı, amma onun açıqlamasından təxminən bir həftə sonra manat dollara nisbətdə 34 faiz dəyərini itirdi.

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, manatın 34 faizlik devalvasiyası əslində, il ərzində baş verməliydi. Yəni dolların 78 qəpik olan qiyməti 82 qəpik və tədricən artan hədlə getməli və 1 manat 05 qəpiyə çatmalıydı.

Nigar