Rusiyanın Hərbi Hava Qüvvələri Suriyada ilk aviazərbələri endirməyə başlayıb.
Bu haqda CNN yayıb. Telekanal bunu ABŞ hakimiyyət nümayəndələrinə istinadən bəyan edib.
Telekanala danışan mənbənin sözlərinə görə, ilk aviazərbələr Homs şəhəri yaxınlığındakı obyektlərə endirilib.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının üzvləri bu gün Rusiya qoşunlarından xaricdə istifadə olunmasına yekdilliklə səs veriblər.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəmişdi.
Toplantıda Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Federasiya Şurasının Müdafiə komitəsinin sədri Viktor Ozerov və Beynəlxalq Komitə sədrinin I müavini Vladimir Cabarov məruzə ilə çıxış ediblər. S.İvanov bildirib ki, bu icazə yalnız Suriyaya aiddir. Özü də söhbət yalnız Rusiya Hərbi Hava Qüvvələrindən gedir. Quru qoşunlarından istifadə istisnadır.
(virtualorg)