Obama ilə Zərif görüşüb

ObamaABŞ prezidenti Barack Obama ilə İranın xarici işlər naziri Javad Zarif ələlə verərək görüşüblər.

ABŞ və İran rəsmilərinin sözlərinə görə, bu sentyabrın 28-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sesiyası çərçivəsində baş verib.

Bu 1979-cu il İran İnqilabından sonra ABŞ prezidenti və yüksək rütbəli İran rəsmisi arasında ilk belə görüşdür.

Reuters agentliyinin adı çəkilməyən İran rəsmisinə istinadla verdiyi məlumata görə, əvvəlcədən belə bir şey nəzərdə tutulmayıbmış, hər şey bir neçə saniyənin içindı baş verib və onlar ələlə verərək görüşüblər.

Məlumatı adı çəkilməyən ABŞ rəsmisi də təsdiqləyib və o bu qısa görüşün nahar vaxtı baş verdiyini deyir.