Kadırovun ad gününə gedən məşhurlar tənqid hədəfi oldu

“Human Rights Watch” beynəlxalq insane haqları təşkilatı Çeçenistan prezidenti Ramzan Kadırovun ad günündə iştirak etmiş məhşurları tənqid edib.

Təşkilat Çeçenistanda insan haqlarının vəziyyətinə görə, dünya məşhurlarının respublika liderinin ad günündə iştirakını məqbul görmür.
“Human Rights Watch” deyib ki, ulduzların Qroznıda keçirilmiş təntənəli ad günü mərasimində iştirakı insan haqlarına təzyiqlərdən əziyyət çəkən insanların əzablarına məhəl qoymamaqdır.
Bəyanatda deyilir ki, aktyorlar Hillari Svonk, Jan Klod Van Dam və musiqiçi Vanessa Mae Kadırovun ad günü mərasimində iştiraka görə aldıqları hər hansı pul və ya hədiyyəni özlərində saxlamamalıdırlar.
Adları çəkilənlər bu barədə şərh verməyib (BBC).

HƏMÇİNİN BAX:

Kadırovun təmtəraqlı ad günü (VİDEO)