Gülağa Tənha deputatla eyni dairədə yarışacaq
Deputat Elmira Axundova çətin vəziyyətə düşüb. Redaksiyamıza daxil olan məlumata görə, 71 saylı Masallı seçki dairəsindən namizədliyini irəli sürən Elmira Axundova sürpriz rəqiblə üzləşib.
Bu rəqib məşhur iş adamı Gülağa Tənhadır. Bildirilir ki, Gülağa Tənha da bu ilki parlament seçkilərində iştirak etmək niyyətindədir və o, mübarizəyə 71 saylı Masallı seçki dairəsindən qatılır. Onun artıq sənədlərini Dairə Seçki Komissiyasına təqdim etdiyi bildirilir. Məlumatda o da qeyd edilir ki, Gülağa Tənhanın Elmira Axundovaya rəqib olması ikinci üçün gözlənilməz olub. Iddialara görə, deputat Gülağa Tənhanın namizədliyindən ciddi narahat olub.