Baş nazirin müavini Putindən orden aldı

yaqub-eyyubovRusiya Prezidenti Vladimir Putin Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovu “Dostluq” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Fərman RF-nin hüquqi informasiya portalında dərc olunub.

Fərmanda bildirilir ki, Yaqub Eyyubov “Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində, iqtisadi və mədəni əlaqələrin inkişafında böyük töhfəyə” görə təltif edilib.