Azərbaycandan 1,22 milyard çıxarılıb

samir-eliyev-iqtisadci«Xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri keçən ilki səviyyədə qalıb»

Samir Əliyev: «Gələn turistlərin sayında heç bir fərq olmayıb, baxmayaraq ki, bu il Azərbaycanda Avropa Oyunları keçirilib»

2015-ci ilin 1-ci yarısında xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1,223 milyard dollar təşkil edib.

Mərkəzi Bankın açıqladığı 2015-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanın tədiyyə balansına istinadən, xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri isə ÿ1,104 milyard dollar olub. Turizm xidmətləri üzrə 118 min 413 dollarlıq defisit yaranıb.

Bu iqtisadi göstəricini necə qiymətləndirmək olar? Ölkədən bu həcmdə turist pullarının çıxarılması ölkənin turizm sektorunun bir o qədər güclü inkişaf etmədiyini və qiymətlərin münasib olmadığını göstərir.

Amma o da vurğulanmalıdır ki, xaricdə xərclənən 1.2 milyard vəsait sadə vətəndaşların xərclədiyi pullar deyil. Bu vəsaitin əhəmiyyətli hissəsini dövlət hesabına xaricə səfərlər edən nümayəndə heyətlərinin bahalı otellərə və digər ehtiyaclara yönəltdiyi xərclər təşkil edir. Dövlət vəsaitinin şişirdilmiş formada xərclənməsi bu il maliyyə çətinlikləri ortada olduğu zaman mümkün olmayıb. Bu məqam da hesabatda öz əksini tapıb.

Iqtisadçı Samir Əliyev bildirdi ki, Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəriÿ1,223 milyard dollar təşkil etməsi ölkənin tədiyyə balansının 2015-ci ilin altı ayı üzrə vəziyyətini əks etdirir. S.Əliyevin fikrincə, tədiyyə balansının strukturunun anlizi onu göstərir ki, Azərbaycanda xidmətlər sektorunda mənfi balans yaranıb. Yəni xidmət sektorunun mənfi saldosu 2.4 milyard təşkil edib. S.Əliyevin sözlərinə görə, bu rəqəm vəziyyətin yaxşı olmadığını göstərir. Mənfi saldonun olması onu göstərir ki, Azərbaycan vətəndaşları turizmlə bağlı xarici şirkətlərin xidmətindən istifadə edib: “Baxmayaraq ki, ən azı Avropa Oyunlarına görə Azərbaycana turist axının olacağı gözlənilsə də, rəqəmlər sübut edir ki, burada heç bir dəyişiklik baş verməyib. Yerli turizm şirkətlərinin xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1,104 milyard dollar olub. 2014-cü ilin müvafiq dövründə də bu göstərici 1.1 milyard dollar olub. Belə çıxır ki, Azərbaycana gələn turistlərin sayında heç bir fərq olmayıb. Tədiyyə balansı bir daha sübut edir ki, Azərbaycana turizm ötən ilki ilə fərqlənməyib. Amma əvəzində turizm xidmətlərinin idxalında dəyişiklik olub. 2015-ci ilin birinci yarsında turizmin xidmətinin idxalı 1.2 milyard olub. Halbuki keçən il bu göstərici 1.6 milyard olub. Bu göstərici 1.6 milyarddan 1.2 milyarda düşüb. Bu o deməkdir ki, xarici gedən turistlərin də sayında azalma baş verib. O insan turizmə gedir ki, onun əlində əlavə vəsaiti var”. S.Əliyev bildirdi ki, Azərbaycanın makroiqtisadi vəziyyəti getdikcə pisləşir.

Xəyal