Bakıda 22 yaşlı gənc intihar etdi

intiharBakıda 22 yaşlı gənc özünü asaraq intihar edib.

Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Bu barədə onun yaxınları 102 xidmətinə məlumat verib.

1992-ci il təvəllüdü Məmmədov Mahir Mansur oğlu qəsəbədə yerləşən yarımtikilidən özünü iplə asaraq intihar edib.

Bundan başqa, bu gün Beyləqanda da intihar hadisəsi qeydə alınıb.

Rayon sakini, 1952-ci il təvəllüdlü Arif Balaşov özünü “TOZ” markalı ov tüfəngi ilə güllələyib.
Faktla bağlı araşdırma aparılır.

 

(Qafqazinfo)