Ölən və yaralılar var.
Rusiyanın Volqoqrad şəhərinin polisi bir neçə nəfərin yaralanması, daha bir nəfərin ölməsi ilə nəticələnmiş atışmanın təfərrüatlarını aydınlaşdırır.
Atışmadan qabaq taksi sürücüsü və toy mərasiminin sərxoş iştirakçıları – potensial müştərilər arasında mübahisə baş verib.
ilkin məlumatlara görə, münaqişə bazar ertəsi yerli vaxtla saat 03:00 radələrində, “Frant’El” kafe-restoranının qarşısında baş verib.
Müəyyənləşdirilib ki, gecəyədək kafedə istirahət edən zərərçəkmişlər daha sonra taksi çağırıblar və 7 nəfərə maşına əyləşmək istəyiblər. Sürücü bu qədər sərnişini eyni vaxtda aparmaqdan imtina edib və bu zəmində sərxoş kampaniya ilə onun arasında münaqişə baş verib.
“Sürücü kömək üçün öz tanışını çağırıb. Həmin şəxs hadisə yerinə Makarov tapançası ilə silahlanaraq gəlib və gənclərə tərəf bir neçə dəfə atəş açıb”, – Rusiya İstintaq Komitəsinin vilayət idarəsinin rəsmi saytı bildirir.
Xəsarət alanlardan biri – 22 yaşlı kişi sinəsinə aldığı güllə yarasından dünyasını dəyişib.
LifeNews-un məlumatına görə, toyun qonaqları özləri birinci azərbaycanlı olan taksiyə hücum çəkiblər, o isə kömək üçün qohumunu çağırıb.
Hadisə nəticəsində 22 yaşlı Oleq Semyonov, 22 yaşlı İqor Smolyaninov, 22 yaşlı Armen Yegizaryan, 23 yaşlı Aleksandr Klimuxin, 24 yaşlı Vlad Cercihanyan yaralanıblar.
22 yaşlı Yan Klyuşin isə həlak olub.
Hadisəni törətməkdə şübhəli bilinən A. Vəliyev və Y. Vəliyev saxlanılıblar.
Hadisə ilə bağlı Rusiya CM-in bir neçə maddəsi üzrə cinayət işi qaldırılıb.