Avqustun 9-da xəstəxanada vəfat edən jurnalist Rasim Əliyevin – Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu adlı təşkilatın əməkdaşının qətlindən 40 gün keçdi. “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovu idmançıya yaraşmayan davranışa görə Facebook-da tənqid edən statusuna görə 5-6 nəfər onu döymüşdü. Qırx gün az vaxt deyil və cəmiyyətin, hakimiyyətin, mətbuatın, habelə bu faciədə maraqlı olan şəxslərin münasibətini müəyyən etməyə imkan verir.
Ümumiyyətlə, qətl faktı üzrə cinayət işi açılmasına (126.3-cü maddə – qəsdən sağlamlığa ağır zərbə vurma, zərərçəkmişin ölümünə səbəb olduqda), dövlət başçısının müdaxiləsindən, qətlin təşkilatçılarının və icraçılarının həbsindən sonra irəliləyişlər olmasına baxmayaraq, prokurorluq heç bir bəyanat vermir. Parlamentdə deputat Sabir Rüstəmxanlı və digərləri faciə təqsirkarlarının vəkili rolunu oynamağa çalışır, onların fikrincə, Rasim Əliyevin jurnalist deyil, döyüldükdən və ya səriştəsiz tibbi yardımdan sonra ölən və ya əlil olan bir çox adi insanlardan biridir.
Tibbi komissiya hələ də ayrı-ayrı vətəndaş cəmiyyəti nümayəndələrinin vaxtında lazımi yardımı göstərməməkdə və səhlənkarlıqda ittiham etdiyi həkimlərin əməllərini araşdırır.
Prezident Administrasiyasından idarə olunan hökumətyönlü KIV jurnalistin qıxr mərasimi barədə heç bir söz deməyib ki, bu da hakimiyyətin jurnalistin qətlinə əsl münasibətinin göstəricisidir.
Bütün bu müddət ərzində təqsirləndirilən şəxslərin: futbolçu Cavid Hüseynovun və jurnalistin döyülməsində iştirak edənlərin qohumları, “Qəbələ” futbol klubunun rəhbərliyi və fanatları təqsirləndirilənlərə dəstək üçün müxtəlif kampaniyalar və aksiyalar keçirməyə çalışır.
Nə təqsirləndirilənlərin doğmalarının, nə futbol klubunun mərhumun ailəsi ilə barışıq addımları görünmür.
Qətlə ictimai marağın aradan qaldırılmasına yönəlmiş bu vəziyyətdə – Rasim Əliyevin qətli hekayəsinın epiloqunda – Ilham Əliyevin rolu daha aydın görünməyə başlayır.
Prezident təxminən bir neçə gün sonra jurnalistin qətlinin araşdırılmasını şəxsi nəzarəti altına götürüb. Və yalnız bundan sonra Cavid Hüseynov və jurnalistin döyülməsinin iştirakçıları həbs olunub ki, bu da dolayısıyla istintaqda Hüseynovun qətldə əli olduğu haqqında faktlar olduğunu göstərir. “Şəxsi nəzarət” ifadəsi çox ciddi məna yükü daşıyır, bu o deməkdir ki, yekun hökm məhz prezidentdən gələcək. Və belə olan halda, istintaqın və məhkəmənin gəldiyi istənilən nəticələr dövlət başçısının – eyni zamanda konstitusiyanın zamininin, ailə başçısının və Azərbaycan vətəndaşının adı ilə əlaqələndiriləcək. Prezidentin qətlin siyasi himayəsi haqqında dedi-qoduları istisna etmək üçün son nəticəyə görə məsuliyyəti öz üzərinə götürərək düşdüyü vəziyyət çox çətindir. Amma bu vəziyyət Rasim Əliyevin işində şəffaflığın artırılması və bütün hakimiyyət qollarının və cəmiyyətin bu faciəyə adekvat yanaşması yolu ilə asanlaşdırıla bilər.ÿ
“Turan” Analitik Xidməti