
Onlar Mingəçevir hadisələri və Meydan TV-nin fəaliyyətilə bağlı dindirilib
Meydan TV ilə əməkdaşlıq edən 3 xanım jurnalist – Aytən Fərhadova, Sevinc Vaqifqızı və Izolda Ağayeva sentyabrın 19-dan 20-nə keçən gecə hava limanındakı sərhəd keçid məntəqəsinin əməkdaşları tərəfindən saxlanılıb və Daxili Işlər Nazirliyinin əməkdaşlarına təhvil verilib. Onlar Kiyevdən media təlimindən qayıdırmışlar.
Jurnalistlər bir müddət Hava Nəqliyyatında Polis Idarəsində saxlanılandan sonra oradan Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə (“bandotdel”) aparılıb. Onlar idarədə vəkilin iştirakı olmadan dindiriliblər. Xanım jurnalistlər sentybrın 20-i saat 13 radələrində idarədən buraxılıblar.

Sevinc Vaqifqızı mediaya açıqlamasında bildirib ki, gecədən saxlanılsalar da, yalnız gündüz saat 12 radələrində onlardan izahat alınıb. Onlardan Mingəçevir hadisələri haqda soruşublar, həmçinin Meydan TV-nin fəaliyyətilə maraqlanıblar.
Saxlanılan zaman jurnalistlərdən götürülən şəxsi əşyaları, pulları və jurnalist avadanlıqları da özlərinə qaytarılıb.

Sevinc Vaqifqızı baş verənlər barədə fikirlərini “facebook” səhifəsində də paylaşıb: “Dünən gecədən başlayan əməliyyat bu gün günorta bitdi. 12 saat ərzində terrorçu kimi didim-didim yoxlanış; gömrükdə ”Siz haranın vətəndaşlarısınız?” deyə bizi güldürən sual; yaxşı rəftarlarına görə təşəkkür etməyə qorxduğumuz bəzi hökumət işçiləri (işdən çıxararlar deyə, adlarını demirəm); qadın əşyalarını yoxlayan yoxlayan və xeyli rahat olan “bandotdel”in kişi işçisi; Şirin zirzəmidə, biz isə dördüncü mərtəbədə saxlanılan “Meydan”ı görməyin təəssüfü və Şirinə yaxın olmağın sevinci; “Biz saxlanılanları zirzəmiyə gətiririk, siz qadınsınız deyə yuxarı mərtəbələrə aparırıq” deyə sevinən “Banditizm” işçisini; müstəntiqin oyanıb işə gəlməsini gözləyən və 3 jurnalistlə söz davasında uduzan idarə işçilərini gördük. Zarafatlı, həyəcanlı gün keçirdik. Tam səmimiyyətimlə deyirəm, Sizin bu olaya reaksiyaniz bizi azad etdi. Izahatımız alınanda rəis 5-6 dəfə bizi dindirən şəxslərə zəng edib tez bitirməsini və bizi azad etmələrini tapşırdı. Gecə yuxusuz qalıb idarənin qarşısında olan dostların gözlərindən öpürük. Burada bizim üçün narahat olub hökumətin daşını daş üstə qoymayan bütün həssas insanlara təşəkkür edirik. Sağ olun ki, həm fiziki, həm də mənəvi baxımdan yanımızda oldunuz. “Banditizm”də oturduğumuz otaqdan sizin səsinizi eşitmək bizim üçün sevinci çətin izah olunan hiss idi. Hamınızı öpürük”.

Izolda Ağayeva da onlara dəstək olanlara minnətdarlığını ifadə edib. “Dostlar, yaşatdığımız narahatlığa görə üzrlü sayın. Bir-bir cavab yazmağı çatdırmaya bilərəm. Dəstək üçün çox sağ olun! Hər şey yaxşıdır…”, – deyə xanım jurnalist “facebook” səhifəsində yazıb.
Hakimiyyətin azad mətbuat və fəal qadınlarla savaşı…
AXCP sədri Əli Kərimli də Meydan TV-nin xanım əməkdaşları ətrafında baş verənlərə münasibət bildirib. Dünənki hadisəni hakimiyyətin azad mətbuatla savaşının tərkib hissəsi kimi qiymətləndirən Əli Kərimli bu haqda fikirlərini “facebook” səhifəsində bölüşüb:
“Xədicə Ismayılın bunlara etdikləri bəsləri olmadı?
Meydan TV-nin dünən axşam “Bandotdel”də saxlanılan 3 nəfər xanım əməkdaşı artıq azadlıqdadır və buna şadam. Amma təəssüf edirəm ki, rejimin azad mətbuatla və fəal xanımlarla savaşı davam edir. Rejimin məqsədi ölkədə azad mətbuatı tamamilə sıradan çıxarmaq, Azərbaycan xanımlarını da ictimai-siyasi həyatdan uzaqlaşdırmaqdır. Çox çirkin üsullarla mübarizə aparmalarına baxmayaraq, yenə də sonda məğlub olacaqlar. Niyə anlamırlar ki, xanımlarla, hələ üstəlik jurnalist xanımlarla mübarizədə qalib gəlmək şansları yoxdur. Cəsur və intellektual qızlarımıza – Sevinc Vaqifqızı, Aytən Fərhadova və Izolda Ağayevaya keçmiş olsun deyirəm”.
***
Xatırladaq ki, sentyabrın 16-da Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasov da yoxa çıxmış, bir sütkadan sonra onun DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlandığı ÿməlum olmuşdu. ÿOnun valideynlərinə bildirilib ki, Şirin Abbasovÿ polisə müqavimətdə təqsirli bilinərək,ÿbir aylıq izibati həbs cəzası alıb.
Sentyabrın 16-da Meydan TV-nin daha iki xanım əməkdaşı da mağazaya getdikləri yerdə küçədən tutulub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə ÿaparılıb. Orada onlardan Meydan TV-dəki fəaliyyətləri, TV-nin rəhbəri, eləcə də Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması haqda soruşublar.
İnformasiya şöbəsi



