“Bəşər Əsəd ölkədə zəruri dəyişikliklər aparmağa qadir deyilsə, istefa verməlidir”
Rusiya prezidenti Dimitri Medvedev Suriya prezidenti Bəşər Əsədi islahatlar aparmağa, ya da postunu tərk etməyə çağırıb.
“RİA Novosti”nin yaydığı məlumatına görə, Medvedev deyib ki, əgər Bəşər Əsəd ölkədə zəruri dəyişikliklər aparmağa qadir deyilsə, istefa verməlidir. Rusiya prezidenti bildirib ki, bu qərar NATO və ayrıca Avropa ölkəsində yox, Suriya xalqı və Suriya rəhbərliyi tərəfindən qəbul edilməlidir. Onun sözlərinə görə, Rusiya qan axmasının dayanması üçün diplomatik kanallarla Suriya rəhbərliyinə təsir göstərməyə çalışır.
Medvedev Rusiyanın müxtəlif ölkələrdə rejimlərin devrilməsi üçün birtərəfli sanksiyaların qarşısını almaq məqsədilə BMT TŞ-də veto hüququndan istifadə edəcəyini də bildirib.


