Amma birdəfəlik yox
Professorun ailəsi onun barəsində yayılan məlumata aydınlıq gətirdi
“Cəmil Həsənli kitabının nəşri ilə əlaqədar ABŞ-a gedib. Onun Azərbaycanı birdəfəlik tərk etməsi barədə xəbər doğru deyil”.
Bu sözləri “Azadlıq”a Bakı Dövlət Universitetinin (BDU) professoru, sabiq millət vəkili Cəmil Həsənlinin ailə üzvləri bildirib. Ailə üzvlərinin sözlərinə görə, tarixçi alim bir həftədən sonra Azərbaycan dönəcək.
BDU-nun tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev də modern.az xəbər portalına Cəmil Həsənlinin universitetdən çıxmadığını deyib.
BDU-nun prorektoru bildirib ki, professor hazırda BDU-da dərs deyir və universitedən işdən çıxmaq barədə ərizə yazmayıb. Prorektor Cəmil Həsənlinin Azərbaycandan getmək istəməsi barədə məlumatlardan xəbərsiz olduğunu vurğulayıb.
Xatırladaq ki, “Bizim Yol” qəzeti tarixçi alimin Qərb ölkələrinin birində yaşayıb işləyəcəyi barədə xəbər yayıb.


