«AZADLIQ»ın RƏSƏDXANASI
QOÇ
Bu gün sizin üçün uğurlu gündür. Istədiyiniz işlə məşğul ola bilərsiniz. Ailə üzvlərinizlə də yaxından maraqlanmağı unutmayın. Onların sizin diqqət və qayğınıza ehtiyacı var.
BUĞA
Çətinliklər çoxdur. Hansı işi birinci görməyi müəyyənləşdirə bilmirsiniz. Gündəlik planınızı düzgün tutun ki, bu günün işi sabaha qalmasın.
ƏKİZLƏR
Işdə xoşagəlməz olaylar yaşanma ehtimalı var. Ulduzlar öz işinizlə məşğul olmağa çağırır. Yaxşı olar ki, ətrafda baş verənlərə reaksiya verməyəsiniz. Əks halda siz də fitnə-fəsadların qurbanı ola bilərsiniz.
XƏRÇƏNG
Müdiriyyət sizin zəhmətinizi mükafatlandıracaq. Bundan bəziləri qıcıqlanacaq. Sizinlə bağlı söz-söhbətlər gəzə bilər. Bunlara əhəmiyyət verməyə dəyməz.
ŞİR
Yorğun iş həftəsindən sonra dincələ bildiniz. Bu da sizin yenidən gərginliyə hazır olduğunuzdan xəbər verir. Işdə yeni nailiyyətlər sizi gözləyir. Zəhmətinizin bəhrəsini görəcəksiniz.
QIZ
Son günlər bəzi adamlarla aranızda incikliklər olub. Bunu özünüzə çox da dərd etməyin. Anlaşılmazlıqlar oratadan qalxacaq. Səbrli olun, yetər.
TƏRƏZİ
Gündəlik işlərdən yorulursunuz. Həyatınıza yeni dəyişiklik gətirmək arzusundasınız. Ulduzlar arzulanan günün yaxın gələcəkdə reallaşacağını bildirir.
ƏQRƏB
Yeni informasiya əldə etmək, mütaliə etdiklərinizi mənimsəmək baxımından məhsuldar gündür. Bürcün ali təhsil alan və ya elmi işlə məşğul olan nümayəndələri bu gündən səmərəli istifadə edə bilərlər.
OXATAN
Keçən həftə iştirak etdiyiniz mötəbər tədbirlərdən sonra xəyallar qanadındasınız. Gördüklərinizin hamısı sizin üçün yuxu kimidir. Yaxşı olar ki, real həyata bağlanasınız. Bu gedişlə məqsədə çatmaq olmaz.
OĞLAQ
Işləriniz yavaş-yavaş qaydasına düşür. Bu yaxınlarda dostların əhatəsində, şən məclisdə olacağınız gözlənilir. Əylənməyə dəyər, bu yolla işin yükünü az da olsa çiyinlərinizdən atarsınız.
DOLÇA
Ətrafdakılara qarşı biganəliyiniz diqqətdən yayınmayacaq. Çoxları buna görə sizi qınayacaq. Siz isə nəyə görə belə etdiyinizi əsaslandırın ki, arada inciklik qalmasın.
BALIQLAR
Ortaya yeni çətinliklər çıxacaq. Bütün problemləri birdən həll etmək mümkün olmayacaq. Vacib məsələlərlə birinci məşğul olun ki, sonra çaş-baş qalmayasınız. Vaxtınızı düzgün bölsəniz, bütün işlərin öhdəsindən gələrsiniz.