“İnsan haqları məsələsi Azərbaycanla əməkdaşlığa əsas əngəldir”

daniel-baer-us-amb“ABŞ, bir sıra məsələlərlə bağlı digər ölkələrin hökümətləri ilə daha möhkəm tərəfdaşlığın tərəfdarıdır və Azərbaycanın insan haqları və söz azadlığı sahəsində öhtəliklərinə əməl eləməməsi buna əsas maniələrdən biridir”.

Bunu sentyabrın 14-də Azad Avropa və Azadlıq Radiosuna müsahibəsində ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Daniel Baer bəyan edib. O qeyd edib ki, söhbət ABŞ-dan yox, Azərbaycanın gələcəyindən gedir.

“Xədicə İsmayıl, Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla və Arif Yunuslar kimi öz ölkəsinin güclü gələcəyinə inanan insanlar nahaq yerə hazırda həbsdədirlər.

Biz bu halların hər birinə görə dərindən narahatıq. Mənə şəxsən ən çox təsir edən şeylərdən biri isə bir neçə il bundan Bakıya gedəndə hazırda həbsdə olan bu insanlara görüşlərimdən xatirələrdir.

Öz ölkələrinin gələcəyində tam qəti olan bu vətənpərvər insanlar güclü, varlı və daha demokratik Azərbaycan qurmaq istəyirlər”-deyə o vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi sentyabrın 11-də fəaliyyətinə qoyulacaq məhdudiyyətlərlə bağlı noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçilikdən imtina edib.

Bundan əvvəl isə Avropa Parlamenti Azərbaycanda insan haqlarının getdikcə pisləşən vəziyyətindən ciddi narahatlıq bildirən qətnamə qəbul edib.