Paytaxtda qəza: ölən var

Hərəkətsiz avtomobiləd oturan sərnişin dünyasını dəyişdiqeza

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Səbail rayonu Salyan şossesində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Musa Həsənovun sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolun kənarında dayanan Ağdam rayon sakini, 1961-ci il təvəllüdlü Gürşad Balakişiyevə məxsus “QAZ-24” markalı avtomobilə çırpılıb.

Qəza nəticədə “VAZ-2107” markalı avtomobildə oturan qadın sərnişin hadisə yerində ölüb, Musa Həsənov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bu gecə Bakının Xətai rayonunda da yol qəzası baş vermişdi. Qəza zamanı “Chevrolet” markalı avtomobillə motosiklet toqquşmuşdu. Hadisə zamanı motosikletin sürücüsü xəstəxanaya yerləşdirilmişdi.

(ans)