05 Oktyabr 2011 10:42 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 7-də Bakıda Avstriya, oktyabrın 11-də isə İstanbulda Türkiyə yığmaları ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Berti Foqts sentyabrın 30-da təlim-məşq toplantısı üçün açıqladığı 26 nəfərlik ilkin heyətdən 22 futbolçunu komandada saxlamağı məqsədəuyğun sayıb.
Heyətdən kənarlaşdırılanlardan Ruslan Əmircanov (“Neftçi”), Namiq Yusifov (“Qarabağ”) və Arif İsayev (“Qəbələ”) Foqtsun etimadını doğrultmayıb, Murad Hüseynov (“Qəbələ”) isə zədəli çıxıb.
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Andriy Popoviç (“Sumqayıt Şəhər”), Aqil Məmmədov (“Bakı”)
Müdafiəçilər: Rəşad Sadıqov (“Qarabağ”), Volodimir Levin (“İnter”), Saşa Yunisoğlu (“Qəbələ”), Vurğun Hüseynov (“Qəbələ”), Aqil Nəbiyev (AZAL), Rail Məlikov (“Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Ruslan Abışov (“Neftçi”)
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov (“Qəbələ”), Rəşad Sadiqov (“Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Qəbələ”), Ufuk Budak (“Frayburq”, Almaniya)
Hücumçular: Əfran İsmayılov (“Qarabağ”), Branimir Subaşıç (“Xəzər Lənkəran”), Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev (“Qarabağ”), Elşən Məmmədov (AZAL), Vaqif Cavadov (“Volqa”, Rusiya)
Qeyd edək ki, Avstriya ilə oyun Mərdəkandakı “Dalğa” arenada keçiriləcək. Qarşılaşma saat 21:00-da başlanacaq. “Türk Telekom Arena”da baş tutacaq Türkiyə ilə qarşılaşmanın start fiti isə Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.