Bakıda dəhşətli qəza, iki nəfər can verdi

QezaSəhər saatlarında Bakının Yasamal rayonu ərazisində, Qələbə dairəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

Dövlət nömrə nişanı və markası bilinməyən avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadalardan biri qadın, digəri isə kişi olub.

Semaşko xəstəxanasından əldə etdiyimiz son məlumata görə, hər iki piyada aldıqları xəsarətdən klinikada keçiniblər.

 

(AzadXeber.az)