Gültəkin Hacıbəyli: «Düşünürəm ki, AŞ PA da eyni prinsipiallığı göstərərək, AP və ATƏT kimi seçkiləri izləməkdən imtina edəcək»
ATƏT Azərbaycanda qarşıdan gələn parlament seçkisini müşahidə etməkdən imtina edib. Bu barədə məlumatı ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun rəhbəri Mixail Link verib.
Hakimiyyətin ATƏT-in istəklərinə məhəl qoymaması və normal seçki müşahidəsini təşkil etməməsi nüfuzlu beynəlxalq təşkilatı bu addımı atmağa vadar etdi. Elə ATƏT-in verdiyi bəyanatda da bu məqamın altı cızılır ki, Azərbaycanın noyabrın 1-də ÿkeçiriləcək seçkiləri müşahidəÿ edəcək şəxslərin sayı ilə ÿbağlı məhdudiyyət qoyması bu prosesin müşahidəsini mümkünsüz edir.
Onu da xatırladaq ki, Avropa Parlamentinin qəbul etdiyi son qətnamədə ÿdəÿ Avropa strukturlarına Azərbaycanda keçiriləcək parlament seçkilərinə ÿmüşahidəçi göndərməmələri ilə ÿbağlı çağırış edilib. Sənəddə ÿvurğulanıb ki, müşahidəçi göndərilməsi seçkilərəÿ legitimlik donu geyindirməyə ÿxidmət edə ÿbilər.
Beləliklə, Azərbaycanda keçiriləcək seçkiləri izləyəcək yalnız bir beynəlxalq təşkilat qalıb. Bu təşkilat da Avropa Şurasıdır.
Beynəlxalq aləmin Azərbaycanda keçiriləcək seçkilərlə bağlı sərgilədiyi son münasibət nəzərə alınarsa, AŞ növbəti sessiyasında hansı qərar qəbul edə bilər? Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət ölkəmizin beynəlxalq təşkilatlardakı mandatlarına hansı təhlükəni yaradır?
“Avropa Şurasının mövqeyi necə olacaq?”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, beynəlxalq münasibətlərdə belə bir taktika var ki, adətən ATƏT-in seçki monitorinqi ilə bağlı mövqeyi digər beynəlxalq təşkilatlar üçün həlledici əhəmiyyət daşıyır. Avropa məkanına daxil olan ölkələrdə keçirilən seçkilərin peşəkar müşahidəsini aparmaq üçün mandatı olan yeganə qurumun ATƏT olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, məhz buna görə də istər AP, istərsə də Avropa Şurası öz mövqelərini ATƏT-lə uzlaşdırır: “Çünki nə Avropa Parlamentinin, nə də Avropa Şurasının ATƏT kimi peşəkar müşahidə aparmaq imkanları yoxdur. Amma Avropa Parlamenti hətta ATƏT-dən əvvəl Azərbaycanda seçkilərin müşahidəsindən imtina etdi və öz üzvlərinə Azərbaycanda keçiriləcək seçkilərə fərdi qaydada qatılmağı qadağan etdi. Bunun ardınca isə ATƏT-in mövqeyi rəsmiləşdi. Düşünürəm ki, Avropa Şurası da ATƏT və Avropa Parlamenti ilə analoji addım atmalıdır. Eyni zamanda biz Avropa Parlamentinin bütün Avropa ölkələrinə və hökumətlərinə müraciətini də bilirik. Avropa Parlamentinin son qətnaməsində bildirilir ki, Azərbaycandakı seçkilər azad və ədalətli olmaq şansını itirib. Ona görə də seçkinin istənilən beynəlxalq müşahidəsi onun legitimləşməsinə xidmət edir”.
AŞ PA-da Azərbaycanla bağlı vəziyyətin AP və ATƏT-dən bir qədər fərqli olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, ATƏT bu tip məsələlərdə tamamilə müstəqildir, AP-da isə Azərbaycan nümayəndə heyəti təmsil olunmur. Amma AŞ PA-da Azərbaycan nümayəndə heyəti və onu dəstəkləyən lobbiçilər var. Ona görə də Azərbaycan tərəfi çalışacaq ki, AŞ PA seçkilərə müşahidə missiyası göndərsin. Amma, G.Hacıbəylinin sözlərinə görə, bu qədər siyasi məhbusun həbsdə olduğu, Avropa Məhkəməsinin tələblərinin icra olunmadığı bir vəziyyətdə AŞ-ın ATƏT və AP-dan fərqli mövqe sərgiləyəcəyi az inandırıcıdır: “Düşünürəm ki, AŞ PA da eyni prinsipiallığı göstərərək Avropa Parlamenti və ATƏT kimi Azərbaycandakı parlament seçkilərini izləməkdən imtina edəcək. Amma istənilən halda Azərbaycan nümayəndə heyətinin bu qurumda təmsil olunmasını unutmaq olmaz. Yəni AŞ PA-da vəziyyət ATƏT və Avropa Parlamentində olduğu kimi birmənalı deyil”.
“AŞ PA-dakı mandatın aqibəti necə olacaq?”
Azərbaycanın sərgilədiyi bu mövqeyin ölkəmizin beynəlxalq təşkilatlardakı üzvlüyünə də təsir edə biləcəyini deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycan AB-ın üzvü olmadığı üçün AP-da təmsil olunmur. Amma Azərbaycanın AŞ-da təmsilçiliyi var. Hər parlament seçkisindən sonra yeni nümayəndə heyəti AŞ PA-ya təqdim olunur: “Amma Azərbaycanın Avropa Şurasına təqdim etdiyi üzvlərin mandatının təsdiqi məsələsi beynəlxalq təşkilatların ölkəmizdəki seçkilərə yekun münasibətindən asılı olacaq. Əgər seçkilər hələ başlamamış ATƏT və Avropa Parlamenti seçkiləri müşahidədən imtina edirsə, deməli, seçkilərə yekun qiymətləndirmə də eyni dərəcədə sərt olacaq. Bu isə o deməkdir ki, yeni nümayəndə heyətinin təqdimatı zamanı Azərbaycanın problemləri yaranacaq”.
Xəyal



