AXCP-nin VI(IX) Qurultayına hazırlıqla bağlı daha 3 yerli təşkilatda konfrans keçirilib. Konfranslar sentyabrın 10-da partiyanın Səbail (Bakı), Bərdə və Şamaxı rayon şöbələrində olub. Hər 3 konfransda şöbənin yeni seçkili orqanları formalaşdırılıb, Qurultaya nümayəndələr seçilib.
Səbail şöbəsinin konfransında Firudun Əhmədli şöbənin sədri, Səadət Cahangir Ali Məclisin üzvü, Bərdə şöbəsinin konfransında Çapay Sadıqlı şöbənin sədri, Sehti Abdullayev Ali Məclisin üzvü, Şamaxı şöbəsinin konfransında Zahir Məmmədov şöbənin sədri, Bahadır Məmmədov isə Ali Məclisin üzvü seçiliblər.
Səbail şöbəsi
Bərdə şöbəsi
Şamaxı şöbəsi