Heydərov Koreya şirkətini ölkədən necə qovub?

Cənubi Koreya rəsmisi ABŞ-a Azərbaycandakı dəhşətli biznes-mühitdən şikayət edib

«Azərbaycanda bizneslə məşğul olmaq, hətta Özbəkistan və Türkmənistanda məşğul olmaqdan da çətindir»

ABŞ diplomatlarının məxfi yazışmalarını yayımlayan “WikiLeaks” saytının ölkəmizlə bağlı açıqladığı gizli sənədlərin dərcini davam etdiririk. Dərc etdiyimiz növbəti məktub da ABŞ-ın Azərbaycanda səfiri olmuş Enn Dersiyə məxsusdur. Enn Dersi 2008-ci il mayın 30-da Vaşinqtona göndərdiyi teleqramda ölkəmizdəki iqtisadi-biznes sahəsində hökm sürən dözülməz şərait və xarici şirkətlərin üzləşdiyi çətinliklərdən bəhs edir.

Azərbaycanda biznes mühiti Orta Asiyadakından da pisdir

Teleqramda Cənubi Koreyaya məxsus inşaat və nəqliyyat şirkətlərinin Azərbaycanda fəaliyyəti, görmək istədikləri işlər, onlara hökumət və məmur-oliqarxların yaratdığı problemlərin detalları yazılıb. Diplomat qeyd edir ki, yerli mətbuatda Cənubi Koreyaya məxsus inşaat və nəqliyyat şirkətlərinin Azərbaycanda uğurlu layihələr qazandığına dair xəbərlər verməsinə baxmayaraq, real vəziyyət tamam fərqlidir. Enn Dersi teleqramda ABŞ səfirliyinin iqtisadi məsələlərlə məşğul olan əməkdaşlarının Cənubi Koreyanın Inşaat və Nəqliyyat Nazirliyinin departament direktoru Yonq Seoq Kimlə müzakirələrinin təfərrüatlarına yer verib.
Keçmiş səfirin yazdığına görə, koreyalı rəsmi ölkəsinə məxsus şirkətlərin Azərbaycan hökuməti və ayrı-ayrı şirkətlərlə əməkdaşlıq müqaviləsi imzalayarkən ciddi problemlərlə üzləşmələrindən şikayətlənib. Yonq Seoq Kim deyib ki, neft-qaz sektoru Qərb şirkətlərinin nəzarətində olduğu üçün Koreya şirkətləri əsasən tikinti və nəqliyyat sektoruna maraq göstərir. Lakin bu sahədə də Azərbaycan hökumətinin yaratdığı ciddi problemlərlə üzləşirlər. Cənubi Koreya rəsmisi ölkəmizdə bizneslə məşğul olmağın, hətta Orta Asiya ölkələrindəkindən də çətin olduğunu söyləyib. “Nazirliyin departament direktoru qeyd edib ki, Azərbaycanda bizneslə məşğul olmaq, hətta Özbəkistan, Qazaxıstan və Türkmənistanda məşğul olmaqdan daha çətindir. Çünki həmin ölkələrdə biznesin müxtəlif sahələrinə investisiya qoyan və layihələr həyata keçirən koreyalı şirkətlər Azərbaycanda üzləşdikləri çətinliklərə rast gəlmirlər. O, koreyalı şirkətlərin mütəmadi olaraq məhz Azərbaycanda ciddi problemlərlə üzləşdiyini bildirib”, – deyə Enn Dersi yazır.

Koreyalılar qarşısında “Gilan” səddi

Cənubi Koreya rəsmisi amerikalı diplomatlara ölkəsinə məxsus bir şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus “Gilan Holdinq”lə əməkdaşlığı və bu əməkdaşlıq zamanı tərəflər arasında yaranmış ziddiyyətlərdən sonra onun fəaliyyətinə yaradılan problemlərdən danışıb: “Kim söyləyib ki, Cənubi Koreyanın ən iri tikinti konqlameratlarından biri ”GS”in əsas ortağı, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “GILAN Holdinq”lə münasibətləri pisləşməyənə qədər Bakının mərkəzində böyük ofisi və Cənubi Koreyadan gətirilən işçi qüvvəsi vardı. Şirkətlər arasında fikir ayrılığı yaranandan sonra “GS” paytaxtın mərkəzindəki ofisindən çıxarıldı və şirkətin əməkdaşları Cənubi Koreyaya geri qaytarıldı. Koreya şirkəti “Gilan Holdinq”lə münasibətlərinin pisləşməsindən sonra Azərbaycanda qalıb geniş bizneslə məşğul ola bilməyəcəyini anladı. Kimin sözlərinə görə, şirkətin Ələt portunun tikintisində əsas ortağı olan “Gilan Holdinq”siz inşaat işlərinə başlanmaqla bağlı müqaviləni imzalaması da mümkün olmayıb”.

Azərbaycan hökuməti müqavilə anlayışını bilmir

Nazirliyin departament direktoru diplomatlara Azərbaycan hökumətinin və yerli şirkətlərin əməkdaşlıq müqavilələrində şərtləri, eləcə də müqavilələrin imzalanması zamanı standartları gözləmədiyini bildirib: “Azərbaycan hökuməti və yerli şirkətlər müqavilə anlayışını bilmirlər. Onlar iş dünyasının prinsiplərinə uyğun razılaşma əldə edilməsini başa düşmürlər. Hər şeyi kortəbii şəkildə əldə etməyə çalışırlar. Yonq Seoq Kim səfirlik əməkdaşlarına bildirib ki, yaxın günlərdə Nəqliyyat Nazirliyi ilə yeni müqavilənin müzakirəsinin aparıldığı zaman gözlənilməz vəziyyətin şahidi olub. Belə ki, nazirliyin hüquqşünasları mövcud problemlərin müzakirəsi və aradan qaldırılması əvəzinə tez müqavilənin imzalanmasına çalışıblar. Kimin sözlərinə görə, koreyalı şirkətlər imzalanan müqavilələrdə bütün detalların qeyd olunmasında maraqlı olsa da, nazirliyin bu qayğıları nəzərə almaması koreyalıları dəhşətə gətirib. Nazirliyin departament rəhbərinin fikrincə, Azərbaycan hökuməti bu problemləri ya başa düşmür, ya da onların həllində maraqlı deyil”.

Azərbaycanda bütün xarici şirkətlər əziyyət çəkir

Keçmiş səfir teleqramın şərh hissəsində koreyalı şirkətlərin üzləşdiyi problemlərin yeni olmadığına işarə edir. Yazır ki, bu tip problemlər yalnız koreyalı şirkətlərin yox, ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərmək istəyən bütün əcnəbi kompaniyaların üzləşdiyi maneələrdir: “Koreyalı rəsminin iradlarını nəzərə alaraq onu söyləmək olar ki, sadalanan problemlər digər ölkələrə məxsus şirkətləri də narahat edir”.

Nardaran Iranın əlində alətdirmi?

Enn Dersinin 2008-ci il aprelin 2-də “mərkəz”ə göndərdiyi məktubda Bakının Nardaran kəndi barədə hesabat xarakterli qeydlər əksini tapır. Amerikalı diplomat qeyd edir ki, şiə məzhəbindən olan 7000 nəfərlik Nardaran kəndində Iranın təsiri güclü hiss olunur. Burada spesifik məsələlərə etiraz aksiyaları haqda qərarlar nüfuzlu ruhanilərin birgə yığıncağında qəbul olunur. Kənd sakinlərinin sözlərinə görə, Azərbaycan Islam Partiyası Nardarandan öz maraqları naminə istifadə edir. Təşkilat kənd seçicilərinin səsini qazanmaq üçün burada xüsusi fəaliyyət göstərir.
Kənd azərbaycanlılar və xarici ekspertlər üçün naməlum olaraq qalır. Kəndin dini standartları Azərbaycan standartlarından çox yüksəkdir. 2002-ci ildə yerli əhali ilə hökumət arasında güclü qarşıdurmlar yaşanmışdı. Kənd sakini Əli Nurməmmədov səfirlik əməkdaşlarıyla söhbətində kənd ağsaqqallarının dünyaya qapalı olması haqda yayılmış iddiaları rədd edib. Nurməmmədov əlavə edib ki, onlar bütün hadisələri, əsasən də müsəlman dünyasında baş verənləri yaxından izləyirlər. Iranın kəndə təsirinin olması barədə suala cavabında Nurməmmədov bildirib ki, Nardaranın bəzi sakinləri Irandakı teokratik rejimi dəstəkləsələr də, Tehranın əlində alət olmaları haqda deyilənlər əsassızdır. Nurməmmədov ölkədəki siyasi partiyaların heç birinin Nardaranda şöbəsinin fəaliyyət göstərmədiyini, lakin tərəfdarları olduğunu bildirib. Onun sözlərinə görə, Islam Partiyası kənddə geniş təbliğat apararaq özünə tərəfdaş toplamağa çalışır. Təşkilat Iranın nəzarəti ilə idarə olunur və cəmiyyət tərəfindən dəstəklənmir.

Siyasət şöbəsi

Wiki-Arxiv:

Ekologiya nazirinin ABŞ diplomatlarına açdığı sirr

“WikiLeaks”də Naxçıvan dəhşətləri

Samir Şərifovun ABŞ diplomatına korrupsiya etirafı

Elnur Aslanovu “nurçu”larla nə bağlayır?

“WikiLeaks” Cəlal Əliyevi ifşa etdi

İran-Ermənistan münasibətləri “WikiLeaks”də

Hakimiyyətdaxili savaş səfirin məxfi məktubunda

Bakıdakı “məmur toyxanası”nda insan alveri

“Qaçqınkom” sədri hakimiyyəti ifşa edib

Əliyev Saakaşvilidən niyə gileylənib?

Rail Rzayevin qətli barədə Vaşinqtona hansı məlumat verilib?

Baş nazir İrandan pul alır?

Gömrük şefi Əliyev komandasını satıb

Partiya sədrinin adı nazirin “maaş cədvəli”ndə

“Barmek”in cəzalandırılma səbəbi “WikiLeaks”də

İlham Əliyev ABŞ-a Fərhad Əliyev haqda nə deyib?

Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb

Əliyev Türkiyəyə yalançı və satqın deyib

İqtidardaxili savaşın şok detalları

XİN əməkdaşları İlham Əliyevi satıb

Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib

İsrail səfiri Əliyevi “satıb”

“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”

Əliyev Kramerlə nəyə görə savaşıb?

Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb

Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib

«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar

Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?

İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib

“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər

İlham Əliyevin sərvəti kimin adınadır?

“WikiLeaks” müxalifətin də sirlərini yaydı

Əliyev İranı “vəhşi heyvan”a bənzədib