Dövlət müstəqilliyimizin 20 ili tamam olur, ancaq bayram ovqatı yoxdur
20 ilin tamamına az qalıb. 20 il bundan əvvəlki tarixi düz 71 il gözləməli olmuşuq. Söhbət Müstəqillik günündən gedir. 1991-ci ilin 18 oktyabrında doğulan uşaq artıq hərbi xidmətini də başa vurub. Yaş ötdükcə insanın qayğıları da artır. Müstəqillik isə illər ötdükcə daha da güclənir. Ancaq bizdə tamam fərqlidir. Çünki indiki hökumət müstəqilliyə, müstəqillik gününə dırnaqarası yanaşır. Müstəqilliyin əleyhinə çıxanları yuxarı başda oturdur…Müstəqillik Aktı – 6 bölmə, 32 maddə
Müstəqillik Aktı, 1991-ci ilin avqustun 30-da “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası” haqqında Konstitusiya Aktı əsas götürülərək qəbul edildi. Bu sənəd 1918-ci ilin “Istiqlal Bəyannaməsinin” hüquqi varisi idi. Əgər həmin dövrdə bu akt xalqa təqdim olunub ümumxalq səsverməsi yolu ilə tanınmasaydı, bu, Müstəqillik aktına zidd olardı. 1991-ci ilin dekabrın 29-da Referendum yolu ilə bülletenlərdə “Siz Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına tərəfdarsınızmı?” sualı qoyulmuşdu.ÿBu sualı insanlar müsbət cavablandırmışdı. Qəbul edilmiş Müstəqillik Aktı 6 bölmə, 32 maddədən ibarət idi. Rusiya Sovet Federativ Sosialist Respublikasının Azərbaycan Respublikasını işğal etməsi, Rusiyanın Azərbaycanı işğal etməsi kimi göstərilir. Müstəqil dövlətimizin isə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi hesab edilməsi qeyd olunurdu.Müstəqillik Aktından bəzi çıxarışlar:
1. Azərbaycan dövlətinin xalq qarşısında vəzifələri isə xalqın birliyini qorumaq, şəxsin, ailənin, ictimai birliklərin mənafeyinə uyğun şəkildə qanundan irəli gələn hüquq və azadlığını müəyyən etməli və hörmət bəsləməlidir.
2. Hər bir şəxsin azad inkişafı üçün şərait yaratmalı, güzəranı ağır olan əhali təbəqəsinə yardım etməli, xalqın sosial rifahını, həyat səviyyəsini düzəltməli, sosial ehtiyaclarını qarşılamalıdır.
3. Dövlət Azərbaycan vətəndaşının şəxsi həyat və azadlığına, sağlamlığına, təhlükəsizliyinə edilə biləcək qəsdlərdən müdafiə etməli, ehtiyacı olan ana və uşaqları himayə etməlidir.3. Azərbaycan Respublikasının bütün vətəndaşları qanun qarşısında bərabərdirlər. Heç kəs cinsindən, irqindən, milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq qanuna üstünlük eləyə bilməz.
4. Bütün təbii ehtiyatlar Azərbaycan Respublikasına aiddir. Azərbaycan Respublikasının vətəndaşları öz gəlirləri ilə dövlət xərclərində iştirak etməlidirlər. Hansı mənbədən gəlirsə-gəlsin, bütün mədaxillər vahid ehtiyat əmələ gətirir və qanunla müəyyən olunmuş məqsədlər üçün həyata keçirilir.5. Azərbaycan Respublikasında hər cür iqtisadi fəaliyyət azad bazar münasibətlərinə və azad sahibkarlığa əsaslanmalıdır.
Milli azadlıq hərəkatı miqyasına və dinamikliyinə görə birinci idiMüstəqilliyin əsası uzun bir prosesin nəticəsi idi. Azərbaycan müstəqilliyini 1918-ci il mayın 28-də əldə etdikdən sonra 1920-ci il aprelin 28-də Rusiyanın işğalı nəticəsində həmin müstəqillik itirilmişdi. 71 il ərzində insanlar ürəyində həmin azadlıq, müstəqillik ideyalarını saxlayırdı, müxtəlif şəkildə onu büruzə verirdi. Həmin müstəqillik ideyalarına görə repressiyalara məruz qalanlar, həyatlarını itirənlər də var idi. 80-ci illərin sonlarında başlanan xalq hərəkatının məntiqi nəticəsi müstəqillik oldu. 18 oktyabrdan əvvəl bir neçə hadisə baş vermişdi. Onlardan ən mühümü 1989-cu ilin sentyabr ayında qəbul olunmuş suverenlik haqqında konstitusiya qanunu idi. O zaman Azərbaycan SSRI-nin tərkibində ola-ola birinci dəfə idi ki, belə qanun qəbul olundu. Qanunların toqquşduğu bir vaxtda Azərbaycanın qanunu SSRI-nin qanunundan üstün idi. Bu, SSRI tarixində birinci dəfə idi. 1991-ci il 18 oktyabrda Ali Sovetdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı təsdiq olundu. Bu, 1992-ci ilin dekabrında keçirilən referendumla da təsdiq olundu. Beləliklə, bir neçə sənədlə Azərbaycanın müstəqilliyi elan olundu.SSRI-nin dağılması sıradan bir hadisə deyildi. Bu, uzun müddətli böhranın nəticəsi idi. Həmin böhranın yetişməsində, SSRI-nin dağılmasının tezləşməsində rol oynayan milli azadlıq hərəkatları var idi. Onların içərisində Azərbaycandakı milli azadlıq hərəkatı ən öndə gedən hərəkatlardan biri sayılırdı. Öz miqyasına və dinamikliyinə görə hətta ən birincisi idi. Ancaq onu da qeyd etmək lazımdır ki, o zaman Azərbaycan hakimiyyətində olan kommunist nomenklaturası xalqdan çox ayrılmışdı. Mart ayında SSRI-dən çıxmaq barədə referendum keçirilərkən Mərkəzi Seçki Komissiyası, Partiya aparatı əlindən gələni edirdi ki, seçkiləri saxtalaşdırsın və elan etsinlər ki, Azərbaycan xalqı SSRI-nin tərkibində qalmaq istəyir. Ondan bir neçə ay sonra dekabr ayında keçirilən referendumda isə xalqın 99 faizi müstəqilliyə səs verdi. Əlbəttə, SSRI-nin tərkibində qalmaqla bağlı keçirilən seçkilər saxta idi. Bu proseslərin nəticəsi olaraq SSRI dağıldı. Orta Asiya respublikaları azadlıq hərəkatı aparmadan göydəndüşmə müstəqillik əldə etdilər.
Müstəqilliyin lehinə səs verən 43 istiqlalçı
Ibrahim Ibrahimli, Isa Qəmbər, Sabir Rüstəmxanlı, Hacıbaba Əzimov, Sülhəddin Əkbər, Ixtiyar Şirinov, Əyyam Musayev, Firudin Cəlilov, Dilarə Əliyeva, Füzuli Axundov, Aydın Məmmədov, Vaqif Novruzov, Vahid Əhmədov, Ramiz Fətəliyev, Cümşüd Nuriyev, Məmməd Xələfov, Etibar Məmmədov, Nəriman Həsənzadə, Tofiq Bağırov, Mürşüd Məmmədli, Şadman Hüseynov, Faiq Baxşəliyev, Mirmahmud Fəttayev, Ədalət Rəhimov, Isgəndər Həmidov, Mətləb Mütəllimov, Tahir Əliyev, Rəhim Qazıyev, Tamerlan Qarayev, Eldar Bağırov, Tofiq Qasımov, Məryəm Həsənova, Arif Hacılı, Tahir Kərimli, Ismayıl Şıxlı, Yusif Səmədoğlu, Heydər Əliyev, Fərəc Quliyev, Maşallah Abdullayev, Bayram Bayramov, Hicran Kərimli, Şahmərdan Cəfərov və Allahverdi Həsənov. Adları qeyd olunan bu insanlar müstəqilliyin lehinə səs veriblər.
Tarixin qara ləkələri
Hər şeyi dəyişmək mümkündür, təkcə tarixdən başqa. Bəli, heç kim əlahəzrət tarixi dəyişə bilməz. Müəyyən dövr üçün tarixi faktları saxtalaşdırmaq mümkündür, ancaq müəyyən dövrün mütləq sonu var.
Bəli, Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin yenidən bərpa edilməsi, azadlığımızı qazanmağımız bütün xalqın mübarizəsi nəticəsində əldə edildi. Bu müstəqillik bütövlükdə xalqın istəyi idi. Əfsuslar olsun ki, indinin özündə də 18 oktyabr digər günlərdən heç nə ilə fərqlənmir, təqvimdə bu gün adi iş günü sayılır. Nə üçün? Bunun əsas səbəbi vaxtilə milyonların iradəsi əleyhinə çıxıb müstəqilliyimizə qarşı olanların, azadlığımız əleyhinə səs verənlərin bu gün kreslolarda oturmasıdır. Müstəqillik əleyhdarları bu gün vəzifə sahibidirlər, “Istiqlal”, “Şərəf” nişanlı ordenlərlə təltif ediliblər.
Tarix həm də ibrət dərsidir. Baxın, bu da onlar…
Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri;
Yaşar Əliyev – Azərbaycanın BMT-dəki nümayəndəsi;
Abbas Abbasov – Baş nazirin sabiq I müavini, hazırda Rusiyada biznes fəaliyyəti ilə məşğuldur, “Istiqlal” ordeninə layiq görülüb. Oğlu Aydın Abbasov millət vəkilidir;Fikrət Sadıqov – “Azərkimya” DŞ-nin keçmiş prezidenti;
Samur Novruzov – sabiq nazir, vəfat edib;
Eldar Ibrahimov – Milli Məclisin aqrar siyasət komissiyasının sədri; Şaitdin Əliyev – sabiq deputat;
Gülnarə Qurbanova – Şıxəli Qurbanovun qızı;
Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat;
Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur;
Zeynəb Xanlarova – xalq artisti, deputat;
Madər Musayev – iş adamı, deputat;
Yaşar Rzayev – Lənkəranın keçmiş icra başçısı;
Gennadi Timoşenko – sabiq deputat;
Həsən Həsənov – keçmiş baş nazir, Macarıstandakı səfir;
Əli Həsənov – Baş nazirin müavini, “Qaçkınkom”un sədri;
Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsi sədri;
Irşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri;
Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri;
Arif Ağayev – Yasamalın keçmiş icra başçısı;
Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı;
Sahib Əkbərov – Kəlbəcərin icra başçısı;
Tapdıq Kamalov – deputat;
Rüfət Əsədov – NK-da şöbə müdiri;
Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı;
Arif Mövsümov – Nazirlər Kabinetində şöbə müdiri, vəfat edib. “Tarixin ağ ləkələri” kitabının müəlllifidir.
Cahangir Hüseynov – harada olduğu bilinmir;
Maksim Musayev – kemiş deputat, hazırda işsiz;
Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir;
Telman Orucov – ADP-nin keçmiş katibi;
Çingiz Sadıqov (Dəmirəloğlu) – Tərəqqi Partiyasının sədri;
Aslan Süleymanov – işsiz.
***
Təəssüf doğuran odur ki, 19 il əvvəl müstəqilliyimiz əleyhinə səs verənlərin böyük əksəriyyəti sonradan Azərbaycanda ən yüksək dövlət vəzifələrini tutub, ən ali dövlət mükafatlarına layiq görülüb və qeyri-rəsmi yolla böyük sərvət toplayıblar.
Ramin DEKO
Yazı Dövlət Müstəqilliyinin 20-ci ildönümü ilə bağlı Istiqlalçı deputatların keçirdiyi müsabiqəyə təqdim edilir.


