“Azadlıq” qəzetinin saytı (azadliq.info) yeni tərtibata keçib. Tərtibat dəyişikliyi saytın ilk növbədə təhlükəsizliyi gücləndirmək məqsədilə daha etibarlı və müasir proqram təminatı ilə qurulması zərurətindən yaranıb.
Yeni tərtibatla əlaqədar saytın mobil versiyası da dəyişib. İndi mobil versiyamız oxucular üçün daha asan və rahatdır.
Yeni tərtibat üzərində işlər hələlik tam başa çatmayıb. Bu baxımdan rastınıza çıxan qüsurların web-masterlərimizə bəlli olduğunu və tezliklə aradan qaldırılacağını nəzərə almağınızı xahiş edirik.



