Ziyalılar Forumu hesab edir ki, mənəvi dəyərlərin bərpası üçün siyasi sistemdə islahatlar lazımdır
Azərbaycan cəmiyyətində mənəvi dəyərlərin aşınması cümə axşamı Azərbaycan Media Mərkəzində Ziyalılar Forumunun müzakirə predmeti olub. “Partiya dövrün zəkası, şərəfi və vicdanıdır” tipli Lenin dəyərləri hələ də cəmiyyətimizdən təmizlənməyib, onlar itirilən dəyərlərin və mənəvi oriyentirlərin bərpasına əngəl törədir”,- deyə iclasa sədrlik edən dramaturq Rüstəm Ibrahimbəyov bildirib.
Şair Ramiz Rövşənin fikrincə, cəmiyyətin əsas ehkamlara: oğurlama, aldatma, pislik etmə kimi ehkamlara əməl etmədiyi yerdə mənəviyyət dağılır. Bu isə, onun fikrincə, təkcə indiki Azərbaycan cəmiyyətində yox, bu və ya digər cəhətdən oxşar siyasi sistemli bütün ölkələrdə özünü göstərir.ÿÿÿ
Nümunə kimi ərəb inqilabları göstərilib. Onlar hakim elitalar tərəfindən mənəvi dəyərlərin tapdanmasına, insanların korrupsiya, hakimiyyətdən sui-istifadə kimi mənfi proseslərə müqavimətini boğmaq üçün dəyərlərin neytrallaşdırılmasına cavab idi.
Müxtəlif peşə adamlarının üç saatlıq diskussiyası siyasət və mənəvi prinsiplərin münasibəti və əlaqəsi kimi geniş məsələlər dairəsini əhatə edib. “Demokratik sistemlər mənəvi dəyərləri qoruyur, onlar isə cəmiyyətin təkmilləşməsini təmin edir. Avtoritar sistemlər isə ümumbəşəri dəyərləri boğur, insanların bütün azadlıqlarını məhdudlaşdırır”,- deyə politoloq Eldar Namazov bildirib.
Çıxış edənlər dəfələrlə Gürcüstan təcrübəsinə müraciət ediblər. Orada siyasi sistemdəki Qərbyönlü islahatlar mənəviyyatı reanimasiya edir. Onun əsas meyarı isə şəxsiyyətin azadlığıdır.ÿÿ
Natiqlərin fikrincə, hakimiyyətin siyasəti və mahiyyəti dəyişmədən – korrupsiyadan, proteksionizmdən, insan haqlarının pozulmasından, siyasi və iqtisadi azadlıqların boğulmasından imtina edilmədən dəyərləri bərpa etmək, cəmiyyəti qorxu, inamsızlıq, süstlük və başqa mənfi şeylərdən xilas etmək mümkün deyil.ÿ
Ziyalılar Forumunda bircə məsələ şübhəyə alınmadı və ya polemika predmeti olmadı – bu, ziyalıların rolunun elə bu gün fəallaşdırılmasının zəruriliyidir.
Forum qərara alıb ki (contac.az), yaxın vaxtlarda hakimiyyətə ünvanlanan siyasi bəyanat hazırlasın, onu demokratik və mənəviyyatlı cəmiyyətin inkişafına şərait yaradılması məqsədi ilə köklü islahatlara başlamağa çağırsın. Məhbus gənclərin həbsdən buraxılması məsələsi də müraciətlər sırasındadır.