Xalq artisti İlham Əsgərov vəfat etdi

İlhamAkademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov bu gün vəfat edib.

İ.Əsgərov 1958-ci il, sentyabrın 3-də anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib.

İlham Əsgərov 28 oktyabr, 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 15 may, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. 9 may, 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident mükafatına layiq görülüb.

O, məşhur qiraət ustası idi. “Qarabağı vermərəm” şerini oxuması ilə daha çox yaddaşlarda qalmışdı.

Xatırladaq ki, aktyor ötən ilin dekabrında beyin insultu keçirmişdi.