Liviyalı ziyalının öz ölkəsində baş verənlər barədə bu məktubu redaktəsiz çap edilir. Necə deyərlər, onun yazdıqlarının nöqtə-vergülünə belə, toxunulmayıb…
Salam, əziz dost!
Narahatlığa görə sağ ol.
Liviya! Burada hər bir şəhər, hər bir küçə, hər bir ev – canlı tarixdir.
Bizim xalqımız diktaturaya qarşı çıxdı. Liviyalılar qələbəyə inanırdı və qalib gəldilər.
Indi görüşlərdə adamlar bir-birinə danışırlar ki, ölümdən hansı möcüzə ilə xilas olublar.
Beş ay ərzində naməlum taledən biz maddi və mənəvi olaraq çox əziyyətlər gördük və uşaqlar qorxudan titrəyirdi.
Tanrıya şükürlər olsun ki, NATO-nun köməyi ilə vəziyyət bizim inqilabçılar tərəfindən nəzarətə götürüldü.
Nə üçün Liviyada müharibə baş verdi?
Biz çox aşağı əmək haqqı alırdıq. Yaxşı müalicə olunmaq üçün gərək xaricə gedəydik. Keyfiyyətsiz mallar ən çox bizdə idi.
Eşidəndə ki, sənin ölkənin başçısı 60 milyard dolları əvəzsiz olaraq Afrika ölkələrinə bağışlayıb, çox ağrı keçirirsən. 200 milyarddan çox dollar Qəzzafi və oğulları tərəfindən dondurulub, plyus, 167 milyard dollar (Liviya banklarında yerləşən kapital), plyus, 200 milyard beynəlxalq banklardakı kapital, plyus, dünyanın üçüncü qızıl ehtiyatı (kim bilir orada nə qədərdir) … və təəccüblü odur ki, bizim əhali cəmi 6 milyondur.
Qəzzafi bizi kasıb və bədbəxt etmişdi…
Qəzzafi rejimində bütün qadağaları pozmaq olardı, təki bircə onu narahat etməyəsən. Qəzzafi şəxsi mülkiyyəti və azad mətbuatı qəsb etmişdi. O, həmişə tayfalar arasında nifaq salmağa çalışırdı. Bütün bunlar xalqın onun əməllərinə susması üçün edilirdi.
Əvvəlcə bizim insanlar dinc yolla etiraz edirdilər, vəziyyətin yaxşılaşması üçün öz fikirlərini deyirdilər, lakin Qəzzafi heç bir dəyişikliyə razı olmurdu.
Nə zaman ki, insanlar bu işin xoşluqla baş verməyəcəyini anladılar, onda silahlı üsyan başladı. Qəzzafi isə fikirləşmədən xalqa atəş açırdı.
Görəndə ki, vəziyyətə nəzarət edə bilmir, başladı meyitləri və əsirləri hamının gözü qarşısında yandırmağa. Onun bütün cəhdləri səmərəsiz oldu.
Xalq ona çox qəzəbli idi və azadlıq uğrunda mübarizə davam etdi.
Bizim xalqımız böyük bir mübarizə yolu keçdi və qalib gəldi.
Birləşmiş Millətlər Təşkilatı da bu işdə dinc insanları qorumaq və dəhşətli komediyaya son qoymağa kömək etmək üçün qərar verdi.
Indi mən işləmirəm, hələ də Qəzzafinin tərəfdarlarından təhlükə ola bilər. Onlar çox azdır, amma var və hər şey baş verə bilər.
Vəziyyət asta-asta qaydasına düşür, 30 oktyabra kimi ölkəmizdə siyasi vəziyyətin nizamlanması gözlənilir.
Bütün yerlərdə hərbi əməliyyatlar bitdikdən sonra normal həyata dönəcəyəm. Inanıram ki, bu, tezliklə baş verəcək.
Hazırda ən böyük çatışmazlığım odur ki, sizləri görmürəm.
Bütün dostlara salam söylə.
Sizin Rafik.
***
Bu, real bir məktubdur. Liviyalı bir ziyalı onu rusiyalı dostuna yazıb. O isə məktubun orijinalını və tərcüməsini öz bloqunda yayıb. Məktub Rusiya internet məkanında geniş müzakirəyə səbəb olub. Onu şərhsiz təqdim etməyi daha düzgün saydım.
Liviyalı ziyalıdan məktub
•