Arif Hacılının vəkili müdafi çıxışında nələr dedi?

Səbail rayon Məhkəməsinin hakimi cənab Famil Nəsibova

AR Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə təqsirləndirilən şəxs Hacılı Arif Mustafa oğlunun müdafiəçisi Kərimli Nemətin

MÜDAFİƏ NİTQİ

Möhtərəm hakim!

Hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxslər Arif Mustafa oğlu Hacılı və digərləri Fuad Qəhrəmanlı, Tural Abbaslı, Məhəmməd Məcidli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ittiham olunur. Onlar ilk gündən özlərünü təqsirli bilməmişlər. İş materiallarından və məhkəmə istintaqından aydın görünür ki, onların cinayətini təsdiqedici, barələrində nəinki ifşaedici sübutlar, faktlar da belə yoxdur. Beləki;

A. İşin faktiki halları barədə;

1. Azərbaycan Respublikası Konstitusiyasınınn 58-ci maddəsinə əsasən “Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.”

2. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 11-ci maddəsinə əsasən “Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı vardır.”
3. A.Hacılı və burada ittiham olunan digər şəxslər başqaları iıə birlikdə 28 dekabr 2010-cu ildə öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında, hamılıqla qəbul edilmiş və Azərbaycan Respublikasının qoşulduğu beynalxalq müqavilələrdə (bəyənnamələr, konvensiyalar,paktlar və s.) təsbit olunan prinsip, norma, qayda və müddəaları rəhbər tutan və mübarizənin yalnız qeyri-zorakı, dinc, sivil metod və vasitələrin məqbulluğunu qəbul edən “İctimai Palata”nı təsis etmişlər

4. Azərbaycan Respublikası Konstitusiyasınınn 54-ci maddəsinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.”

5. Azərbaycan Respublikası Konstitusiyasınınn 57-ci maddəsinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.”

6. “İctimai Palata”nın üzvləri AR Konstitusiyasının 54 və 57-ci maddələrində təsbit olunmuş hüquqlarından yararlananaraq 24 mart 2011-ci il tarixli toplantısında mitinq keçirilməsi barədə qərar qəbul etmiş, keçiriləcəyi yerlər üçün Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərmişlər.
7. Mitinqin hazırlanması və keçirilməsi İctima Palatanın Koordinasiya Şurasına həvalə edilmişdir.

8. Arif Hacılı “İctimai Palata”nın 24 mart 20011-ci il tarixli iclasında iştirak etməmiş, o və digər ittiham olunanlar Koordinasiya Şurasının üzvü deyildir.

9. Aksiyanın keşirilməsinə polislər mane olmuş, bu zaman Bül-Bül prospekti, H.Aslanov, S.Vurğun, R.Behbudov və digər küçələrdə istintaqa məlum olmayan bir qrup şəxs tərəfindən mağazaların şüşələri sındırılmış, əmlaka ziyan vurulmuşdur.

B. Şübhənin əsaslarına dair;

1. O, İçtimai Palatanın təşkil etdiyi 02 aprel 2011-ci il tarixli mitinqində iştirak edərkən təqribən saat 14.15 radələrində bir qrup polis əməkdaşı tərəfindən Fəvvarələr Meydanının yaxınlığında saxlanılmış, bir müddət sonra Nəsimi rayon polis idarəsinə gətirilmişdir.

2. Azərbaycan Respublikası “Polis haqqında Qanunun” 23-cü maddəsinə əsasən: “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşının vəzifəsi tutulan və ya həbsə alınan şəxsə özünü təqdim etməklə xidməti vəsiqəsini göstərməli; tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarım bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etməli; tutulmuş və ya həbsə alınmış şəxsi təxirəsalınmadan polis orqanına gətirməli, tutulma və ya həbsəalma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, protokolla tanış etməlidir.”

3. Lakin A. Hacılı həbs edilərkən İsmayılov İbrahimin, Fərəcullayev Adilin, Məmmədov Azərin, Tofiq Yaqublunun, Mustafa Hacıbəylinin ifadələrdən göründüyü kimi polis əməkdaşları ona özlərini təqdim etməklə xidməti vəsiqəsini göstərməmiş, tutulmanın əsasların bildirməmiş, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etməmiş, protokollaşdırırmamışdır.

4. A. Hacılı müstəntiqin 02 aprel 2011-ci il tarixli qərarı lıə şübhəli şəxs qismində, 04aprel tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 03 aprel gecə saat 01 radələrində o, şübhəli şəxs qismində dindirilmişdir.

5. Həmin qərar qəbul edilərkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundun sonra; AR CPM) 223.1 və 223.2-ci maddələrinin tələbləri pozulmuşdur.

6. CPM-nin 223.1-ci maddəsinə əsasən ”Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır.”

7. İlkin sübutların məcmusu o halda kifayətedici sayılır ki, həmin sübutlar cinayət hadisəsinin mövcud olmasını, cinayət əməlinin tövsifinin, təqsirləndirilən şəxs qismində cəlb edilən şəxsin təqsirini, habelə cinayət məsuliyyətini aradan qaldıran halları müəyyən etsin.

8. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına əsasən şübhənin əsaslığı dedikdə, obyektiv müşahıdəçı şəxsi inandıra biləcək fakt və məlumatların mövcudluğu başa düşülür.

9. Lakin, müstəntiqin qərarında ilkin sübutların məcmusu göstərilməmiş və əsaslandırılmamışdır, yəni ittihamın irəli sürülməsi üçün törədilmiş əməldə cinayət tərkibinin bütün əlamətlərinin mövcud olmasını sübut edən fakt və məlumat olmamışdır.

10. CPM-nin 232.5-ci maddəsinə əsasən “Müstəntiq dindirməyə şübhəli şəxsə şübhə barəsində və onun mülahizələrinə görə iş üçün əhəmiyyətli ola bilən bütün digər hallar

barədə ifadə vermək təklifi ilə başlayır. Qalan hallarda müstəntiq şübhəli şəxsin dindirilməsində təqsirləndirilən şəxsin dindirilməsi üçün bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydaları rəhbər tutmalıdır.”

11. CPM-nin 233.1-ci madddəsinə əsasən “Müstəntiq təqsirləndirilən şəxsin dindirilməsini ona ittiham elan edildikdən dərhal sonra aparmalıdır. Təxirəsalınmaz hallar istisna olmaqla, təqsirləndirilən şəxsin dindirilməsi yalnız gündüz vaxtı aparılmalıdır.”

12. Lakin müstəntiq A.Hacılını gecə 01 saatlarında şübhəli şəxs qismində dindirərkən təxirəsalınmaz halların nədən ibarət olmasını əsaslandırmamışdır. Onun ittiham olunduğu maddənin ictimai-təhlükəlik dərəcəsinin az olduğunu, milli və dövlət təhlükəsizlikliyə zərər gətirmədiyini, bəşəriyyət, hərbi və insanlıq əleyhinə cinayətlər qrupuna daxil olmaduğunu nəzərə alsaq, istintaqın A. Hacılıya siyasi motivlərə ğörə qərəzli yanaşması barədə şübhələnməyə kifayət qədər əsas verir. Bununla da CPM-nin 125-ci maddəsinin tələblərinə zidd olaraq istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmışdır

17. A. Hacılı barəsində həbs qətimkan tədbiri seşilməsinə əsas kimi onun CPM-nin 151.1, 155.1.2-ci maddələrində göstərilən hərəkətləri etməsi ehtimalına kifayət qədər əsasın olması göstərilmişdir.

18. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı qərarının 2-ci bəndındə qeyd edilir: ”İnsan və Vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidir.”
19. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulur ki, şəxsin həbsi və tutulması üçün onun hüquq pozuntusu törətdiyinə dair əsaslı şübhənin olması zəruridir. İstənilən şübhə vicdanlı olmalıdır. Mürrey Birləşmiş Krallığına qarşı məhkəmə işi üzrə qərarında qeyd edilir ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən biridir. Lakin şübhə o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və informasiyaya əsaslansın.

20. Lakin baş vermiş cinayət hadisəsində Arif Hacılının hüquq pozuntusunda iştirakını birbaşa və ya dolayı yolla, yaxud sənədlərlə təsdiq edən sübutlar yoxdur. Həbs hisslərə, instiklərə, adi duyğulara və ya ziddiyətli mülahizələrə nə dərəcədə yəqinliklə dəlalət etsə belə, əsaslandırılmalıdır. Belə əsaslanma isə yoxdur.

21. Avropa Məhkəməsinin qeyd edilən qərarında göstərilir: ”həbs yalnız ayrıca və konkret hüquq pozunrusu ilə bağlı həyata keçirilə bilər və azadlıqdan məhrum etmə qabaqlayıcı məqsədlər üçün “əsaslı zəruriyyətdən” irəli gəlməməlidir. Bu isə o deməkdir ki, 5-ci maddənin 1-ci bəndinin “c” yarımbəndinin pozulması üçün həmin şübhənin lazımi dərəcə əsaslı olmalı, hüquq pozuntusunun törədilməsinə dair obyektiv sübutlar mövcud olmlıdır. Bu zaman qərəzli mülahizərə, əsassız ehtiyatlığa güvənmək olmaz.

22. Həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılarkən ittiham tərəfi A.Hacılı barəsində seçilmiş həbsi “o, azadlıqda olsa yeni mitinqlər təşkil edə bilməsi ilə” əsaslandırmışdır. Bu isə işin birmənalı şəkildə siyasi xarakterli olduğunu göstərir.
23. CPM-nin 155.1.1-ci maddəsində “cinayət prosesini həyata keçirən orqandan gizlənmək; cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət

təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq” nəzərdə tutulur.

Lakin, nə müstəntiq qərarında, nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatında, nə də məhkəmənin qərarında həmin ehtimalları sübut edəcək konkrent, mötəbər dəlil göstərməmişdir. Bu ehtimalları sübut edəcək konkret dəlillər yoxdur.

C. İttihamın əsasına dair:

1. Arif Hacılının ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməni nəzərdə tutur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən “Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.”

3. Bu Konstitusiya normasının realizasiya üçün qəbul edilmiş “Sərbəst toplaşmaq azadlığı haqqında” AR Qanununun 5-ci maddəsinə əsasən “Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyət orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyət orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 gün əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantinin keçirəcəyi gündən 5 gündən az müddətə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.”

a) Hər kəs Konstitusiya və qanunun normasından göründüyü kimi xəbərdarlıq etməklə-icazə almaq nəzərdə tutulmayıb – özünün siyasi hüquqlarından istifdə edə bilər.

b) A.Hacılının və digər ittiham olunanların hüquqları heç kəs tərəfindən və ya hər hansı normativ hüquqi aktla məhdudlaşdılırmadığından onlar İctimai Palatanın mitinq keçirtmək barədə müvafiq dövlət orqanını xəbərdar etdiyi tədbirdə iştirak etdə bilərdi və qanun buna icazə verir.

4. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinə mitinqin keçirilməsi ilə bağlı göndərilmiş xəbərdarlıq məktubundan, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş “Obyektiv TV”-də Fuad Qəhramanlının çıxışından aydın görünür ki, müvafiq dövlət orqanları qabaqcadan xəbərdar edilmişlər.

5. Dövlət ittihamçısı çıxışında Konstitusiyada və “Sərbəst toplaşmaq azadlığı haqqında” AR Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş “xəbərdarlıq” anlayışını heç bir məntiqə əsaslanmadan “icazə” anlayışı ilə eyniləşdirdi. Bu sözlər Azərbaycan dilində tamamilə başqa-başqa mənaları ifadə edir.

6. Dövlət ittihamçısı istinad etdiyi İsveçrəyə qarşı Avropa İnsan Haqları Məkəməsinin qərarını axıra qədər oxymayaraq, düzgün təvsir etməyərək, dinc mitinqin zorakılıq yolla dağıdılmasına haqq qazandırdı və onu ittihamedici sübut kimi təqdim etdi. Qeyd edilən məhkəmə qərarında deyilir: “ Bu maddədə qeyd edilən (yəni 11-ci maddədə, red.) dinc toplantılar hüquqi demokratik cəmiyyətdə əsas hüquqlardan biridir. Bu qisimdə həmin hüquq istər özəl toplantıları, istərsə də ictimai yerlərdəki toplantıları əhatə edir. Sonuncu

halda, qabaqcadan icazə alma prosedurasının müıyyən edilməsi, bir qayda olaraq, həmin hüququn mahiyyətinə ziidd deyil. Belə presedura yalnız o halda 11-ci maddənin 1-ci bəndinin tələblərinə uyğundur ki, həmin prosedura hakimiyyət orqanı tərəfindən toplantının dinc xarakterinin təmin edilməsi üçün zəruri olsun və müvafiq surətdə, sözü gedən hüququn həyata keçirilməsinə müdaxilə etməsin. “

7. Görndüyü kimi icazə alma və ya vermə yalnız hakimiyyət orqanlarının toplantıların dinc xarakterinin, onun təhlükəsizliyini təmin edilmək məqsədilə tətbiq edilə bilər və heç bir halda həmin hüququn həyata keçirilməsinə müdaxilə etməməlidir.” Baxmayaraq ki, qeyd edildiyi kimi ölkəmizdə toplantıların keçirilməsi barədə xəbərdarlıq sistemi nəzərdə tutulmuşdur.

8. Polis zor tətbiq etməklə mitinqin keçirilməsinə mane olmuş və həbslər həyata keçirərək cinayət işi başlamışdır.

9. G Almaniyaya qarşı Avropa İnsan Haqları Məkəməısinin qərarında qeyd edilir ki, yigincaq dinc xarakterlidirsə, sadəcə onun qanunsuz olması faktı onu 11-ci maddənin müdafiəsindən məhrum etmir. Müdaxilə 11-ci maddənin 2-ci bəndi ilə əsaslandırılmalıdır. Zorakılıq etməmiş hər kəs 11-ci maddənin tam müdafiəsi altındadır.

10. Ona görə də mitinq ittiham tərəfinin iddia etdiyi kimi qanunsuz olsa belə, təqsirləndirilənlər şəxslər heç bir zorakılıq etmədiyindən beynalxalq hüquq normaları ilə müdafiə olunurlar. Çünki Azərbaycan Respublikası Konstitusiyasınınn 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

11. AR Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcələ ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyinin) törədilməsi cinayət məsuliyyəti yaradır.”

12. AR Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.”

13. Arif Hacılının ittiham olunduğu maddənin dispozisiyasına görə nəqliyyatın, müəs-sisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe ol-mamaqla əlaqədar olmalıdır.

14. İctimai qayda dedikdə cəmiyyətdə insanlar arasında tarixən təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşiliqli davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Belə sistemdə nəyin pozitiv və ya neqativ olduğunu çoxluq öz düşüncələrinə, cəmiyyyətin hərtərəfli maraqlarına uyğun müəyyən edir.

15. İctimai qaydanın kobud surətdə pozulması dedikdə, şəxsi və ya ictimai mənafelərə mühüm ziyan vuran, cəmiyyət üzvlərinə qərəzli surətdə təhqiredici təsir göstərən hərəkətlər başa düşülür. İctimai qaydanın kobud surətdə pozulması onun pozulmasının dərəcəsini əks etdirir və bu pozuntunun mühümlüyünü, ciddiliyini bildirir. Bu pozuntunun məzmunu hərə-kətlərin törədilmə yeri və üsulu, onların intensivliyi və davam etmə müddəti, eləcə də işin digər halları nəzərə alınmaqla müəyyən edilməlidir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlərə mədəni, dini və ya sair ictimai tədbiri pozma, ictimai yerlərdə təsadüfi şəxsləri

və ya şəxsi ucadan söyüş söyərək təhqir etmə, gecə vaxtı vətəndaşların dincliyini, ictimai asayişi uzun müddətə pozma və s. aid edilə bilər.

16. A.Hacılının həbsində iştirak etmiş şahid qismində dindirilmiş Nəsimi rayon Polis idarəsinin baş əməliyyat müvəkkili Məmmədov Azər və Fərəcullayev Adil ifadələrində istintaqda verdiyi ifadələri təsdiq edərək bildirmişdir ki, onun ətrafında adamların çoxaldığını gördükdə tutmaq qərarına gəlmişlər. Onlar ifadələrində-onların yanından keçən bəzi sürücülər də Arif Hacılının sözlərindən həvəsə gələrək, yumruqlarını yuxarı qaldırıb ”biz sizinləyik” deyərək ardıcıl siqnllar vermişlər-qeyd etmişlər. (Cild 9 iş vər.2-4)

17. İstintaqda və məhkəmədə şahid qismində ifadə vermiş və ya ifadələri elan olunmuş hesab edilmiş İsmayılov İbrahim, Zahidov Həmzə və Cəfərov Şahlar da oxşar ifadələr vermişlər. (cild 9. Iş vər.9-11, 38-40, 41-43)

18. Göründüyü kimi A.Hacılının hərəkətlərindən nəinki qarşiliqli davranış və birgəyaşayış qaydalarının sistemi pozulmuş, əksinə onun subyektləri-ətraf adamlar ona qoşulmuş, hətta sürücürər onunla həmrəylik ifadə etmişlər. Əgər onun davranışı şəxsi və ya ictimai mənafelərə mühüm ziyan vuran, cəmiyyət üzvlərinə qərəzli surətdə təhqiredici təsir göstərən hərəkətlər olsaydı, kənar şəxslər onu dəstəkləməzdi. Dəstəklənibsə, deməli ictimai qayda pozulmamışdır. Eləcə də, məhkəmədə tədqiq olunmuş video lentdə ətrafına yüzlərlə adamın yığışdığı F. Qəhrəmanlı barəsində də bunları demək olar.

19. Cəmiyyət şüur və iradəyə malik üzvləri və onların müxtəlif birlikləri arasında yaranan çoxşaxəli münasibətlərdən ibarət mürəkkəb sosial mexanizimdir. İnsanların hüquq və azadlıqları bir-biri ilə sıx və üzvü surətdə bağlıdır, lakin biri digərini inkar etmir. Dövlət ittihamçısı çıxışında Fəvvarələr Meydanında keçirilən mitinqdə insanların istirahət hüququnun pozulduğunu qeyd etdi. İnsanların istirahət hüququ Avropa fundamental hüquqlar və əsas azadlıqlar konvensiyasına daxil deyildir, çünki qeyri-müəyyən, mücərrəd anlayışdır. Kimi üçün yatmaq, kimi üçün işləmək, kimi üçünsə avaralanmaq istirahət ola bilər. AR Konstitusiyasının 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühütdə yaşamaq hüquqi vardır. Onda İttihamınçının məntiqinə görə kimsə Bakıda nəqliyyat vasitələrin hərəkətini, nəticəsində karbon qazı ayrılan oksidləşmə reaksiyaların qadağan olunması barədə hüquq mühafızə orqanlarına müraciət etməlidir?

20. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmama dedikdə, təqsirkar şəx-sin törətdiyi qanunazidd hərəkətləri dayandırmaq haqqında hakimiyyət nümayəndəsinin irə-li sürdüyü tələbi (yaxud tələbləri) dərk edərək, onları şüurlu surətdə yerinə yetirməməsi ba-şa düşülməlidir

21. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis idarəsinin baş əməliyyat müvəkkili İsmayılov İbrahim istintaqdakı ifadəsini təsdiq edərək bildirmişdir: “…. Polis kapitanı Azər Məmmədov Arif Hacılını sağ əlindən , polis nəfəri Adil Fərəcullayev isə sol əlindən tutaraq onu Baş Yangın idarəsinin yaxınlığında dayanmış “UAZ” markalı polis avtomaşınına yerləşdirmiş və polis idarəsinə aparılmışdır. (cild 9, iş v. 2-4) ”

22. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis idarəsinin baş əməliyyat müvəkkili Məmmədov Azər istintaqdakı ifadəsini təsdiq edərək ifadəsində bildirmişdir: “nə Arif Hacılı, nə də digər şəxslər onu dəstədən çıxartmağa maneçilik törətməmişlər, polis əməkdaşlarına müqavimət göstərməmişlər və onu kütlədən çıxararaq əks istiqamətə və aşağı küçə ilə kaskalı polis əməkdaşları dayanan istiqamətə, oradan da Baş Yangın idarəsinin yaxınlığında dayanmış “UAZ” markalı polis avtomaşınına aparib yerləşdirdik (cild 9, iş v. 207)”

23. A.Hacılını həbs etmiş və bunda iştirak etmiş Fərəcullayev Adil, Zahidov Həmzə və Cəfərov Şahlar da oxşar ifadələr vermişlər.(cild 9. Iş vər.9-11, 38-40, 41-43)

Məhkəmədə ifadə vermiş Tofiq Yaqublu, Mustafa Hacıbəyli də onun polisə dərhal tabe olduğu bildirmişdir.

Göründüyü kimi A.Hacılının hərəkətində CM-nin 233-cü maddəsində nəzərdə tutulmuş hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmama davranışı yoxdur.

24. Azərbaycan Respublikası “Polis haqqında Qanunun” 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Polisin əsas vəzifələri şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaqdır.

25. Qeyd edildiyi kimi A.Hacılı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən özünün siyasi hüquqlarından istifadə etmək istəmişdir. Lakin polislər öz vəfifələrini yerinə yetirməmiş, vəzifə səlahiyyətlərini aşmışlar.

26. Artzle fur das Leben Avstriyaya qarşı Avropa İnsan Haqları Məkəməsinin qərarında deyilir: “Dövlət dinc toplantılar keçirtmək hüququ həyata keçirən əhali qrupunun müdafiəsini təmin etmək vəzifəsi daşıyır. Bu və ya digər nümayış, həmin nümayişlərin tətbiq etdiyi ideyalara və tələblərə qarşı etiraz edən şəxslərdə narazılıq doğura və ya təhqiramiz ola bilər. Lakin iştirakçilar əleyhdarları tərəfindən fiziki zorakılığa məruz qalmaqdan ehtiyat etmədən həmin nümayişi keçirmək imkanına malik olmalıdırlar; bu cür ehtiyat etmək , ümumi ideyaları və ya maraqları bölüşdürən assosiasiyaların və ya digər qrupların cəmiyyətə aid olan kifayət qədər mürəkkəb məsələlər barədə öz nöqteyi-nəzərlərini söyləmələrinə mane ola bilər.”

27. A.Hacılının onların qanunsuz tələblərinə tabe olmamaq hüquqi olsada, ifadələrdən güründüyü kimi əksinə olmuşdur.

28. Bu halda hətta A.Hacılının əməlində nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə olsa belə, həmin əməllər ictimai qaydanı kobud surətdə pozulması və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olmadığından CM-nin 3-cü maddəsinə əsasən cinəyət məsuliyyəti yarada bilməz. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir.

29. Məhkəmə prosesində tətqiq edilən video lentlərdə olan dövlət nömrə nişanı və marşrut nömrəsi bilinməyən 2 avtobusun və digər nəqliyyat vasitələrinin hərəkət etdiyi etdiyi aydın şəkildə görünür. Məhkəmə ifadə verən Məhərrəmov Sərvan saxlanılan şəxsləri polis müşayəti ilə apararkən yolda Fəvvarələr Meydanından kənarda tıxaca düşdüyünü qeyd edir. Onun ifadəsi gigər sübutlar məcmusu ilə təsdiq olunmur. İstintaq bunun mitinq iştirakçılarına nə aidiyyətinin olmasını müəyyən etməmişdir. Məhkəmə prosesində tixaclarla baglı, onlarla maşının uzun müddət hərəkətsiz qalması barədə ittiham tərəfinin təklif etdiyi sübutlar olmadığından araşdırılmamışdır.

30. CPM-nin 139.0-ci maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir”

31. Ittiham tərəfi müxtəlif bədən xəsarətləri almış 26 polis nəfərini zərərçəkən qismində tanımış, onların ifadələrini və ekspert rəylərini sübut növü kimi tanımışdır.

a)Təqsirləndirilən şəxslərin ittiham olunduğu CM-nin 233-cü maddənin dispozisiysında bədən xəsarətləri ayrıca və ya tövsifedici əlamət, ağırlaşdırıcı hal kimi daxil edilməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, bu işdən ayrılaraq sağlamlığa az ağır və yüngül bədən xəsarətləri yetirmə ilə əlaqədar cinayət təqibi davam etdirilir.

32. Sübutlar forma və məzmununa dair iki şərtə cavab verməlidir: a) aidiyyəti, b) mümkünlüyü. Sübutların aidiyyəti dedikdə cinayət işi üzrə əhəmiyyət kəsb hallarla ittiham tərəfin irəli sürdüyü mötəbər dəlillərin məzmumu arasında mövcud olan qanuni tələbin ödənilməsi başa düşülür. Yəni mötəbər dəli hesab edilən-əşyalar, məlumatıar, sənədlər bu cinayət işi üzrə sübut edilməli olan hallara aid olmalıdır. Əgər maddənin dispozisiyasında cinayətin obyektiv cəhəti kimi nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər nəzərdə tutulursa, polislərin bədən xəsarətlərinin bu iş üzrə sübüt edilməli olan hallara nə aidiyyəti var. Müdafiə tərəfi hesab edir ki, sadəcə bu cinayət təqibi üzrə sübutlar kifayət etmədiyindən, ittiham tərəfi lüzumsüz yerə nə rast gəlibsə işə əlavə edib,yalançı sübutlar toplayıb.

b) Cinayət Prosessual Məcəllənin 140-cı maddəsinə əsssən cinayət prosesi gedişində bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyini yalnız əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Sübutlara dair irəli sürülmüş ikinci şərt onların mümkünlüyüdür. Sübütların mümkünlüyü dedikdə cinyət prosessual qanunvericiliklə sübutların formasına-mötəbər dəlillərin əldə edilmə mənbəyinə və onların əldə edilmə üsullarına dair irəli sürülən tələblər büşü düşülür.

33. “Dövlət məhkəmə eksprtizası fəaliyyəti haqqında” AR Qanunun 23-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Dövlət məhkəmə eksprtizası fəaliyyəti AR Prezidentinin “Dövlət məhkəmə eksprtizası fəaliyyəti haqqında” AR Qanunun tətbiq edilməsi barədə 15 yanvar 2000-ci il və həmin fərmana dəyişikliklər edilməsi barədə 30 iyun 2001-ci il tarixli fərmanlalına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları- Ədliyyə və Səhiyyə Nazirlikləri tərəfindən həyata keçirilir.

34. 24 polis nəfəri haqqında ekspertiza keçirilməsi barədə qərarı 02 aprel 2011-ci il tarixdə Bakı şəhər Prokurorluğun müstəntiqi C.Abbasov tərəfindən qəbul edilmişdir. Maraqlıdir görəsən günün ikinci yarsında məhkəmədə verdikləri ifadələrə görə DİN-nin qospitalına müalicəyə getmiş 24 polis nəfəri necə vaxt tapıb prokurorluğa müraciət etdi və ya müstəntiq öz təşəbbüsü ilə bunları necə müəyyən edib və nə vaxt imkan tapıb 24 qərar qəbul edib. Onların bəziləri məhkəmə istintaqında reanimasiya şöbəsində yatdıqlarını bildirmişlər. Zərər çəkmiş və şahıd olan polis işçilərinin xidməti yerindən məlum olur ki, həmin gün Çevik Polis Alayı da daxil olmaqla Bakı şəhəri üzrə bütün polislər Fəvvarələr Meydanına cəlb edilmişlər. Həmin gün AR Baş Prokurorluğun DİN-i ilə yaydığı birgə məlumatda mitinq iştirakçıların 60-80 nəfər olduğu bildirilmişdir. Çoxlu sayda polisin cəlb edildiyi təxminən 1-1,5 kv.km ərazidə xəsarət yetirənlərin saxlanıla bilməməsi, müstəntiqin ildırım sürətli işi hər şeyin qabaqcadan təşkil olunduğunu, “ərəb baharı” fonunda siyasi müxalifətin vurulmasına hazırlanmış şou olquğunu deməyə əsas verir.

35. Bədən xəsarəti almış zərərçəkmiş polis əməkdaşları Hüseynov Faiq (cild 5 iş vər. 73-76) istisna olmaqla, Abbasov Yusif (cild 5 iş vər. 1-3), İmaməliyev Elnur (cild 5 iş vər. 18-19), Hüseynov İdris Əvəz oğlu(cild 5, iş.23-25), Əhmədov Tərlan (cild 5 iş vər. 51-53), Yusifov Məcid (cild 5 iş vər. 118-120), Nəbiyev Afət (cild 5 iş vər.127-130), Abdulkərimov Eldar (cild 5 iş vər. 153-157), Məmmədob Rövşən (cild 5 iş vər. 161-167), Məmmədov Mahir (cild 5 iş vər. 111-114), Əhmədli Ramil (cild 5 iş vər. 81-83), Nuriyev Elşən (cild 5 iş vər. 105-107), Əhmədob İbrahim (cild 5 iş vər. 145-148), Qasımov İbrahim (cild 5 iş vər. 23-25), Quliyev Ələddin (cild 5 iş vər. 8-10), İbişov Cahid (cild 5 iş vər. 97-100), Məmmədob Məmməd (cild 5 iş vər. 89-92), Nəsibov Fikrət (cild 5 iş vər. 65-68), Rəcəbov Sahil (cild 5 iş vər. 168-171), Həmzəyev Rafiq (cild 5 iş vər. 137-140), Əliyev Mais (cild 5 iş vər. 191-196), Zamanov İlham (cild 5 iş vər. 202-206), Muradov Rafiq (cild 5 iş vər. 183-185), Hüseynov İdrisv (cild 5,iş vər.23-25), Əliyev Elnur (cild, iş vər.31-33), Niftəliyev

Mehrac (cild 5, iş vər.45-46), Nəzərov Zöhrab (cild 5, iş vər.38-40) məkəmə prosesində məhkəbə-tibbi ekspertizanın harada keçirildiyi sualına DİN-nin qospitalı cavabını verdilər.

a) “Dövlət məhkəmə eksprtizası fəaliyyəti haqqında” AR Qanununa və AR Prezidentinin Fərmanına əsasən DİN-nin qostpitalında ekspertiza keçırilə bilməz, ekspertiza Ədliyyə və Səhiyyə Nazirliklərin ixtisaslaşmiş idarəsində keçirilməlidir.

b) Ekspertiza rəylərində ekspertizanın keçirilidiyi yer kimi Abbasov Yusif, Qasımov İbrahim, Nəzərov Zöhrab, Əliyev Elnur, Niftəliyev Mehrac, Əhmədov Tərlan, Bakı Baş Polis İdarəsində, Quliyev Ələddin, Hüseynov Faiq, İmaməliyev Elnur, Hüseynov İdris, Yusifov Məcid, Abdulkərimov Eldar, Məmmədov Rövşən, Məmmədov Məmməd, Əliyev Mais, İbişov Cahid, Nuriyev Elşən mərkəzi ekspertiza şöbəsində, Nəbiyev Afət, Nəsibov Fikrət, Həmzəyev Rafiq, Əhmədov İbrahim, Əhmədli Ramil DİN-nin qospitalında, Rəcəbov Sahil Səbail rayon Polis İdarəsində, Zamanov İlham, Muradov Rafiq Nəsimi rayon Polis İdarəsi göstərilmişdir. Bədən xəsarəti almış zərərçəkmiş polis əməkdaşlarının ekspertizanın keçirilidiyi yerlə bağlı suala verdiyi cavabla ekspertiza rəylərində ekspertizanın keçirilidiyi yer arasında mühüm ziddiyyət var, gerçəkliyə uyğun deyil, iş üçün mühüm əhəmiyyət kəsb edən halları düzgün əks etdirmir, ona görə də mötəbər sübut kimi qəbul edilə bilməz. Sübutların mümkünlüyünün əsas şərti məlumatların cinyət prosessual qanunvericiliyə və digər normativ hüquqi aktlara uyğun əldə edilməsi olğuğundan ekspertiza idarələrində yox, DİN-nin qospitalında ekspertizadan keçmiş Nəbiyev Afət, Nəsibov Fikrət, Həmzəyev Rafiq, Əhmədov İbrahim, Əhmədli Ramil barədə ekspertiza rəyləri sübut əhəmiyyətinə malik deyildir.

36. Digərlərinin şəhərdə yerləşdiyi əraziyə, təyinatına, xarıci görünüşünə, quruluşuna, tabe olduğu struktura görə köklü surətdə fərqlənən DİN-nin qospitalı ilə Bakı Baş Polis İdarəsini, Birliyin mərkəzi tibbi ekspertiza şöbəsini, Nəsimi və Səbail Polis İdarəsini fərqləndirə bilməmələri 2 halda ola bilər: 1) Bədən xəsarəti almış zərərçəkmiş polis əməkdaşların anlaqlı olduğu şübhə doğurur; 2) eksrept rəyləri saxtalaşdırılmışdır.

37. Birinci halda onlar burada qanunu nümayəndələri-valideynləri ilə təmsil olunmalı idilər. Bu baş verməmişdir. CPM-nin 126-cı maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edilən şəxslərin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz. İkinci halda hüquqi əhəmiyyətə malik olan, hüquqi nəticələr doğuran ekspert rəyinə yalan (şübhəli) məlumatların daxil edilməsi həmin sənədlərin saxta olduğunu deməyə əsas verir və sübut kimi qəbul edilə bilməz. AR Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldrılmamış şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Ona görə də keçmə yerinə görə Abbasov Yusif, Qasımov İbrahim, Nəzərov Zöhrab, Əliyev Elnur, Niftəliyev Mehrac, Əhmədov Tərlan, Quliyev Ələddin, Hüseynov Faiq, İmaməliyev Elnur, Hüseynov İdris, Yusifov Məcid, Abdulkərimov Eldar, Məmmədov Rövşən, Məmmədob Məmməd, Əliyev Mais, İbişov Cahid, Nuriyev Elşən, Rəcəbov Sahil, Zamanov İlham, Muradov Rafiq barəsində ekspert rəylərinin həqiqiliyi şübhə doğurduğundan, eləcə də bədən xəsarəti almış digər zərərçəkmiş polis əməkdaşlarını barədə ekspert rəyləri və onların ifadələri sübutların aidiyyəti (CPM-nin 124-cü maddəsi), sübutların mümkünlüyü (CPM-nin 125-ci maddəsi) şərtinə cavab vermədiyi sübut kimi qiymətləndirilə bilməz.

38. Əgər insanların həyat və sağlamlığına, əmlakına ziyan vurmuş şəxslər müəyyən edilməmişsə, digər zərər çəkmiş şəxslərin ifadələri necə sübut kimi qiymətləndirilə bilər (sübutların aidiyyəti; CPM, 124-cü maddə). İfadələr yalnız baş vermiş cinayət hadisəsi ilə əlaqədar sübut kimi qəbul edilə bilər, təqsirləndirilən şəxslərə münasibətdə yox.

39. A.Hacılı və digər ittiham olunan şəxslər həmin baş vermiş cinayəti təşkil etməkdə, iki və daha artiq şəxslə törədilməsinində, təşkilatçılıqda- iştirakçılığın bir növündə ittiham olunur.

40. Azərbaycan Resrublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində iştirakçılığa- iki və daha artıq şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçıliq sayılır- kimi anlayış verir. İştirakçılığın subyektiv əlaməti qəsdən birgə iştirakçılıqdır.

41. CM-nin 25-ci maddəsində qəsdə şəxsin öz əməlinin ictimai təhlükəli olmasını dərk etməsi, ictimai təhlükəli nəticələrini qabacadan görməsi, bunları arzu etməsi və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi kimi anlayış verilmişdir. İttiham tərəfi Arif Hacılının və digərlərinin kriminal niyyətini, onları arzu etməsini və şüurlu surətdə yol verməsini sübut kimi daha çox 27 fevral 2011-ci ildə İP-nın iclasında demokratik islahatların tələbi ilə kütləvi aksiyaların keçirilməsi təklifilə çıxış etməsində görür. Şahidlər Gülağa Aslanlı, Tofiq Yaqublu, Mustafa Hacılı İP-da hər kəsin bir səsə, itttiham olunanların xüsusi statusa malik olmadığını bildirdilər. Hətta onlar təşkil etsələr belə yuxarıda qeyd edildiyi kimi beynalxalq və milli hüqqu normalarına görə bu cinayət məsuliyyəti yaratmır.

42. Bədən xəsarəti almış zərərçəkmiş polis əməkdaşları, obyektlərinə ziyan dəymiş mülki şəxslər, eləcə də şahidlər bədən xəsarətlərinin və əmlaka ziyanın kimlər tərəfindən vurulduğunu sualına “bilmirəm”, onların, yəni zərər vuranların ittiham olunan bu 4 nəfərlə əlaqəsinin olması barədə suala “məlumata malik olmadıqları” cavablarını vermişlər.

43. Əgər qarşı zərərçəkmiş səxslərin ifşaedici ifadələri yoxsa, qeyri-qanuni hərəkətlər törətmiş şəxsləri tanımırsa itttiham tərəfi A.Hacılının və digərlərinin xəsarət vurmuş adamlarla cinayət hadisəsi ilə əlaqəsini necə müəyyən etmişdir.

44. Məhkəmə prosesində araşdırılmış 27 fevral 2011-ci ildə İP-nın iclasında A.Hacılının çıxışını əks elətdirilən video lentdə çıxışın əvvəlində o, açıq şəkildə qeyd edir ki, demokratik prinsiplərə əməl edilmədir. Onun səsləndirdiyi bəyanatda 5 əsas prinsipi qeyd ediril: 1) insan və vətəndaşlarən fundamental hüquq və azadlıqlarının təmin edilməsi (AR Konstitusiyasının təxminən 1/3-i, 24-71-ci maddələr insan və vətəndaşlarin hüquq və azadlıqlarına həsr edilmişdir); 2) demokratik islahatların keçirilməsi (AR Konstitusiyasına əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir); 3) Milli Məclisin buraxılması (AR Konstitusiyasının 55-ci maddəsi əsasən hər kəs dövlətin idarə edilməsində iştirak edə bilər); 4) korrupsiyaya son qoyulması (həmin vaxtlar rəsmi qaydada dövlət başçısı və digər yüksək vəzifəli şəxslər tərəfindən korrupsiya ilə mübarizə süarları səsləndirirdi və Arif Hacılı bir vətəndaş olaraq ona qoşulurdu); 5) maddi resursların ədalətli bölgüsü (AR Konstitusiyasının 14-cü maddəsinə əsasən təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur). Bunları ittiham tərəfi ittihamedici sübut kimi təqdim etməsi absurddur.

45. Məhkəmə prosesində araşdırılmış digər video lentdə “Obyektiv TV”-də çıxış edən Fuad Qəhramanlı 9 dəfə aksiyanın dinc xarakter daşıdığını qeyd edir və hətta polislər və təxribatçılar tərəfindən onlara zor tətbiq edilərsə belə, müqavimət göstərməmək çağırışı edir. Lakin istintaq bütün bunlara ifşaedici sübut əhəmiyyəti verərək, bu şəxsləri- Arif Hacılını, Fuad Qəhrəmanlını, Tural Abbaslını və Məhəmməd Məcidlini baş vermiş cinayət işində təşkilatçı kimi qiymətləndirmişdir.

46. “Xristianlar irqçiliyə və faşizmə qarşı” təşkilatı Birləşmiş Krallığa qarşı işdə (1980) Avropa İnsan Haqları Məhkəməsinin qərarında qeyd edilir: “Nümayışın gedişində zorakılıq baş verməsi, başqa qrupların qanunsuz hərəkətləri həlledici deyil, əsas olan təşkilatçıların

niyyətidir.” İttiham tərəfi isə təşkilatçıların niyyətinin dinc xaraxterli olmasından başqa sübut təqdim etməmişlər.

47. Cinayətdə birgə iştirakçılıq hər bir iştirakçının hərəkətinin başqasının hərəkəti üçün şərt olması və bir–birini tamamlamasını; kriminal əməlin, yaxud da ictimai təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını; habelə hər bir iştirakçının əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin olmasını nəzərdə tutur. Birgə cinayətkar fəaliyyətində iştirakçıların səyi birləşir, hər bir iştirakçı konkret cinayətdə öz payına düşəni icra edir, bununla da cinayətin başqa iştirakçılarının həyata keçırəcəkləri niyyətə az-çox kömək etmış olurlar. İştirakçılıq subyektiv cəhətinə əsasən hər bir iştirakçı özünün yol verdiyi və digər iştirakçıların fəaliyyətinə kömək edən əməlin ictimai təhlkəli, kriminal xarakterdə olduğunu, özünün və başqalarının birgə fəaliyyəti ilə baş verəcək, hamı üçün ümumi olan nəticənin ictimai təhlükəli olduğunu dərk edir, özünün ictimi təhlükəli olan əməlini həyata keçirməyi, belə əməlin törədilməsini, nəticəsini arzu edir.

48. Həmin Məcəllənin 32.3-ci maddəsinə əsasən “Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.” Təşkilatçılıq fəaliyyəti cinayətin törədilməsinin təşkilində, rəhbərlik etmədə, mütəşəkkil cinayətkar dəstə və birlik yaratmaqda ifadə olunur.

a) Təşkil etmə cinayəti edilməsi üçün iştirakçıların tapılması, onların təlimatlandırılması, qəsd obyektlərinin müəyyən edilməsi, cinayətin törədilməsi planının müəyyən edilməsi, ilk dövr üçün iştirakçılar arasında rolların bölüşdürülmə və s. kimi hərəkətləri əhatə edir .

b) Cinayətin törədilməsinə rəhbərlik etmə bilavasitə cinayətin törədilməsi prosesində iştirakçıların fəaliyyətinə rəhbərlik etmə ,cinayətin edilməsinə başçılıq etmə, zəruri olduqda iştirakçılar arasında yenidən fəzıfə bölgüsü aparma, cinayətin edilmə prosesində meydana çıxan məsələlərin həlli ilə əlaqədar göstərişlər vermə və s kimi başa düşülür.

49. A.Hacılını saxlamış və həbsdə iştirak etmiş İşmayılov İbrahimin, Məmmədov Azərin, Fərəcullayev Adilin, Zahidov Həmzənin və Cəfərov Şahların ifadələrində onun bir qrup şəxslə “Azadlıq”, “İstefa ” dediyi göstərilmişdir.

50. Məhkəmə prosesində iştirakçıların tapılmasında, onların təlimatlandırılmasında, qəsd obyektlərinin müəyyən edilməsində, cinayətin törədilməsi planının müəyyən edilməsində, ilk dövr üçün iştirakçılar arasında rolların bölüşdürülməsində, bilavasitə cinayətin törədilməsi prosesində iştirakçıların fəaliyyətinə rəhbərlik etməsində, cinayətin edilməsinə başçılıq etməsində, zəruri olduqda iştirakçılar arasında yenidən fəzıfə bölgüsü aparmasında, cinayətin edilmə prosesində meydana çıxan məsələlərin həlli ilə əlaqədar göstərişlər verməsinində A.Hacılının və digərlərinin rolunun nədən ibarət olduğunu sübut edəcək faktlar müəyyən edilməmişdir.

51. CPM-nin 21.3 və 138.2-ci maddələrinə sasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

52. Lakin itttiham tərəfi bu şəxslərə A. Hacılımın necə rəhbərlik etdiyini, planlaşdırdığını, vəzifə bölgüsü apardığını, bu cinayət hadisəsi ilə əlaqəsini müəyyən etməmişdir.

53. Dövlət ittihamçısı çıxışda 02 aprel mitinqinin digər iştirakçıları barədə Səbail rayon Məhkəməsinin qanunu qüvvəyə minməmiş hökmünə istinad etdi.

54. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz.

55. Azərbaycan Respublikası Konstitusiyasınınn 63-cü maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır”. Bunlarla da, o, təqsirsizlik prezumpsiyasını pozdu.

56. Fəlsəfi baxımdan istənilən hadisə səbəb və nəticədən kənarda mümkün deyildir. 02 aprelda hadisələrin baş vermə səsəbi Bakı şəhər İH-nin başçısı H.Abutalıbovun və Z. Ramazanovun Konstitusiyaya zidd məktubu olmuşdur. Dövlət ittihamçısının çıxışına və ittiham aktına görə 02 aprel hadisələrinin təşkilatçıları A.Hacılı, F. Qəhrəmanlı, T. Abbaslı və M.Məcidli, fəal iştirak etmiş şəxslər isə digər 10 nəfər ittiham olunandılar. Məhkəmə prosesində A.Hacılı onların- R.Hacıbəylinin, B.Bəsənovun, S.Kərimovun, Ə.Məmmədlinin, E.Məcidlinin, Ü.Quliyeviv, E.İsrəfilovun, eləcə də H.Abutalıbovun və Z.Ramazanovun şahid qismində çağırılması barədə vəsatət versə də təmin edilmədi.

57. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-ci maddəsinin 3-ci bəndinin “d” yarımbəndində nəzərdə tutulur ki, onun (yəni təqsirləndirilən şəxs. red ) əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik olmaq hüquna malikdir. Lakin vəsatətin təmin edilməməsi ilə təqsirləndirilən şəxslər bu hüquqdan məhrum olmuşlar.

Ç) Mülki iddialara dair;

1. Qeyd edildiyi kimi insanların obyektlərinə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən vurulmadığından və baş vermiş cinayət hadisəsinin onlara aidiyyəti olmadığından mülki iddianın təmin edilməsi absurdur.

2. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

3. İddiaçılardan yalnız “Transqeyt” MMC, Məmmədova Şahnisə, “EN Trans Çinar” MMC, Əliyeva Fəridə “3 saylı Avtonəqliyyat Müəssəsi” məhkəməyə iddia ərizəsi təqdim etmişlər. İttiham aktında qeyd edilən dıgər iddiaçılar iddia ərizəsi ilə prokurorluğa müraciət etmiş, lakin məhkəməyə müraciət daxil olmamışdır.

4. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149 maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir

neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

6. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə digər sənədlərlə yanaşı cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətlər əlavə edilir.

7. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

8. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən hakim iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir, zəruri hallarda müəyyən edilmiş müddətdə özünün rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını təqdim etməyi təklif edir.

9. HəminMəcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir.

Göründüyü kimi AR MPM-nin 152-ci maddəsinin tələbləri imperativ xarakter daşıyır.

10. Həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

11. Lakin “Transqeyt” MMC, Məmmədova Şahnisə, “EN Trans Çinar” MMC, Əliyeva Fəridə “3 saylı Avtonəqliyyat Müəssəsi” məhkəməyə iddia ərizəsi versələrdə, MPM-nin 149 və 168-ci maddələrinin tələblərinə əməl edilməmiş, bir neşə iclas dalbadal məhkəmə prosesində iştirak etməmişlər. AR MPM-nin 152, 185 və 259-cı maddələrinə əsasən iddia ərizəsinin geri qaytarılması və baxılmamış saxlanması barədə hər dəfə vəsatət verilsədə təmin edilməmişdir.

12. CPM-nin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

13. CPM-nin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.”

14. CPM-nin 145.3-ci maddəsinə əsasən “İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.”

15. Həmin Məcələnin 145-ci maddəsinə əsasən ”hər bir sübut mənsubiyyəti, mümkünlüyi, mötəbərliyi üzrə qiymətləndirilməlidir.”.

16. Həmin Məcələnin 21.2-ci maddəsinə əsasən “bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldrılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır.”

17. Həmin Məcələnin 145.3-cü maddəsinə əsasən “İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə edilir”.

18. Həmin Məcələnin 207.6-ci maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

19. Həmin Məcələnin 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir.Bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

20. CPM-nin 39-cu maddəsində cinayət təqibini istisna edən hal kimi cinayət tərkibinin əlamətlərinin olmaması və hər hansı şəxs barəsində başlanmış cinayət təqibinə həmçınin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliyi sübuta yetirilmədikdə xitam verilməsi nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd edilənlərdən görünür ki, A.Hacılının əməlində cinayət tərkibinin əlamətləri yoxdur, onun Bakı şəhər İcra Hakimiyyətinin Konstitusiyaya zidd qadağası, polislərin qeyri-qanuni davranışı nəticəsində baş vermiş cinayətin törədilməsinə aidiyyəti yoxdur.

D) Tələblərə dair;

1) AR CPM-nin 39, 207, 350-ci maddələrinə əsasən Arif Mustafa oğlu Hacılı barəsində bərait hökmü çıxarasınız.

2) Bədən xəsarəti almış zərərçəkmiş polis əməkdaşlarının ifadələri ilə ekspert rəyləri arasındaki ziddiyyətləri araşdırmaq, onlara hüquqi qiymət vermək uçun bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərəsiniz.

Müdafiəçi N.A.Kərimli

Təqsirləndirilən şəxs A.M.Hacılı