Milli bankın icraçı direktoru ölkənin bank tarixində ən böyük oğurluqda şübhəli bilinir
İranın bank tarixində ən böyük oğurluqda təqsirli bilinənlərdən birinin ölkədən çıxdığı bildirilir. “Media forum” saytının məlumatına görə, “Saderat” bankının sabiq rəisi Məhəmməd Cəhromi sentyabrın 28-də bəyanat yayaraq İran Milli Bankının istefa vermiş icraçı direktoru Mahmudrza Xavərinin Kanadaya qaçdığını vurğulayıb: “Saderat” bankındakı oğurluq və mənimsəmə halları mənim bu banka rəhbər təyin olunmağımdan əvvəl başlayıb. Oğurluqda təqsirli bilinənlərin tutulub həbsə salınması ilə bağlı dəfələrlə ETTELAAT-a və İran Məhkəmə Sisteminə müraciətimə baxmayaraq bu iqtisadi fəsadın arxasında duranlar, hadisədə təqsirli bilinənlərə dəstək verənlər məsələni mediada elə işıqlandırdılar ki, bütün ittihamlar “Saderat” bankına və onun icraçı direktoruna qarşı yönəldildi.
İran Milli Bankındakı bu böyük fəsad və oğurluqda rolu olan Mahmudrza Xavəri həbs ediləcəyini və pərdə arxasındakı digər amillərin adlarının ifşa ediləcəyini təxmin edərək artıq Kanadaya qaçıb. Hesab edirəm ki, özü və ailə üzvləri Kanada vətəndaşı ola-ola, İran İslam Respublikasına bağlılığı və iltizamı şübhə altında olan Mahmudrza Xavəri kimi birisini gətirib bu vəzifəyə qoyanlar indi bu maliyyə fəsadı və oğurluğa görə cavabdeh olmalıdırlar”.
2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə digər bankdan 3 milyard dollar mənimsənib. Bu işə görə 22 nəfər tutulub.
***
{jcomments on}{jcomments off}Uzun müddət davam edən oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat”, İran Milli Bankı və daha bir neçə bankdan 3 milyard dollar mənimsənilməsi olayına görə Milli Bankın içraçı direktoru Mahmdurza Xavəri istefaya gedib. Xavərinin sentyabrın 27-də tutduğu postan getdiyi bildirilir. Bu istefa İranın bank tarixindəki ən böyük oğurluğun üstü açılandan az sonraya təsadüf edir.
Mahmudrza Xavərinin Milli Bankının icraçı direktoru vəzifəsindən istefa verməsinin 3 milyard dollarlıq oğruluq hadisəsiylə bağlı olduğu daha realdır. Çünki bəzi məlumatlarda icraçı direktorun mənimsəmədə yaxından iştirakı etdiyi üçün istefa verməyə məcbur edildiyi söylənilir.
Xatırladaq ki, sentyabrın 19-da İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejeyi hadisə ilə bağlı 19 nəfərin tutulduğunu söyləmişdi. Baş prokuror tutulanların kimliyi haqda açıqlama verməsə də, İranın bir sıra hökumət saytları onların arasında Əmir Mənsur Ariyanın olduğunu vurğulayıb. Yayılan məlumatlarda Ariyanın İran Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayiyə yaxın olduğu da bildirilirdi.


