Jurnalisti qulağını kəsməklə hədələdilər

Elçin Şıxlı Idrak Abbasovun təhlükəsizliyinin təmin olunması ilə bağlı Ramil Usubova müraciət etdi

Sentyabrın 23-də saat 21.00-da “Ayna” və “Zerkalo” qəzetlərinin, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun əməkdaşı Idrak Abbasovun ailəsinin yaşadığı həyətə 20 AA 414 dövlət nömrə nişanlı UAZ markalı avtomobillə basqın olub. Bu barədə “Turan”a jurnalistin özü məlumat verib. Avtomobildə olan şəxslərdən biri I.Abbasovun qohumlarını hədələyərək deyib: “Idraka deyin ağıllı olsun, elə eləməsin ki, onun qulağını kəsək”.
Jurnalist bildirib ki, ona və ailəsinə qarşı hədə və təhqirlər davam edir. Halbuki, sentyabrın 22-də özünün və ailəsinin təhlükəsizliyinin təmin olunması üçün dövlət başçısı Ilham Əliyevə müraciət edib. Sentyabrın 23-də isə Mətbuat Şurasına müraciət olunub(Turan).
Sentyabrın 24-də “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı jurnalistin başına gələnlərin araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması,  onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.