Suriya Ərəb Dövlətləri Birliyindən (Ərəb Liqası) xaric edilə bilər. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın Birlikdən əldə etdiyi məlumata görə, Suriya hökuməti yaxın vaxtlarda hökumət əleyhinə nümayişlərin iştirakçılarına qarşı zorakılığı dayandırmasa, təşkilat bu ölkənin üzvlük məsələsini gündəmə gətirə bilər.


